Metodika

Qrup işi zamanı qarşıya çıxan çətinliklər və onlardan çıxış yolları

  • Admin
  • 24-mar-2024, 14:24
  • 21 Baxış


 Qrup işi zamanı müəllimlər əsasən aşağıdakı problemlərlə üzləşirlər:

•Qruplara bölmə qaydalarını bilmir

•Təşkilati proseslər vaxt itkisinə səbəb olur.

•Səs-küyü aradan qaldırmaq mümkün olmur.

•Bəzi uşaqlar digərləri ilə birlikdə  işləmək istəmirlər.

•Sinfi təşkil edə bilmir

•Qruplarda iş əməkdaşlıq əsasında aparılmır.

•Şagirdlər işi düzgün istiqamətdə  aparmırlar

•Şagirdlər işi əyləncə kimi  qavrayırlar

•Kağızdan istfadədə israfçılığa yol verilir.

•Bütün sinfi idarə etmək üçün diqqətini paylaşdıra bilmir.

 

Qrup işi zamanı şagirdlərin qarşılaşdığı problemlər:

•Məqsədyönlü işləyə  bilmirlər , fikirləri dağılır

•İşi qısa müddətdə həyata keçirə və vaxta qənaət edə bilmirlər.

 Passiv olmağa  vərdiş edirlər

•Həddindən artıq fəallıq göstərərək , digərinə fikir söyləməyə  imkan vermirlər.

•Şagirdlər əməkdaşlıq edə bilmirlər

•Bir-birini tənqid edirlər

•Bir-birinə qulaq asmırlar

•Uşaqlar müxtəlif qrup və rollarda iştirak etməyi bacarmır

Problemlərdən çıxış yolları aşağıdakılardır:

•Müəllim uşaqlarla birlikdə qrupda işin qaydalarını hazırlayır

•Qruplara bölünmək üçün müxtəlif əsaslar seçilir

•Müəllim qrupları və uşaqlar tərəfindən yerinə yetirilən rolları dəyişir

•Tapşırıqlar hazırlayərkən  uşaqların təfəkkür səviyyəsini nəzərə alır

•Şagirdlərdən biri cavab verdikdə digərləri öz dəftərində onlarda yaranan sualları və əlavələri qeyd edirlər

•Şagird-liderə əlavə mürəkkəb tapşırıq verir

•Şagird-lider müəllimin köməkçisi kimi çıxış edir

•Qrup işinin qiymətləndirilməsini sinif vasitəsi ilə həyata keçirir



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?