Baş beyin damarlarını təmizləyən təbii metodika
- Admin
- 05-apr-2024, 23:35
- 0 Baxış
Baş beyin damarlarının təmizlənməi çox mühüm prosedurdur! Bu, boyun ağrısı, osteoxondroz və ateroskleroz kimi müxtəlif xəstəliklərin xeyli yaxşılaşmasına kömək edir.
Damarların mütəmadi olaraq təmizlənməsi baş ağrılarından xilas olmağa kömək edəcək, xroniki yorğunluq aradan qalxacaq, zehniniz daha yaxşı inkişaf edəcək, kefiniz və qavrama qabiliyyətiniz yaxşılaşacaq.
Baş beyin damarlarını təmizləyən səmərəli və etibarlı reseptlər:
1-ci metodika: Bal və qoz ləpəsi
5 qoz ləpəsini bir xörək qaşığı təmiz balla qarışdırıb bir çimdik darçın və zəncəfil tozu əlavə edin. Əldə edilən cövhəri bir gün soyuducuda saxlayın. Müalicəvi qarışığı gündə üç dəfə yeməkdən yarım saat əvvəl bir xörək qaşığı qəbul etmək lazımdır.
2-ci metodika: Soğan suyu və bal
Stəkanın üçdə biri qədər soğan suyu sıxın. Onu 1 stəkan təmiz balla qarışdırın. Cövhər gündə üç dəfə yeməkdən yarım saat əvvəl qəbul olunmalıdır. Müalicəvi qarışıq damarları təmizləyəcək, həm də immuniteti möhkəmləndirəcək.
3-cü metodika: Təbii şirələr
Hər gün nahar və şama yarım saat qalmış yarım stəkan nar şirəsi (kök və alma şirəsi də ola bilər) için. Meyvə şirəsi alan zaman onun maksimum təbii və təzə olmaına fikir verin.
4-cü metodika: Atpıtrağı bitkisinin suyu
Bir ovuc (təxminən 10 qram) qurudulmuş atpıtrağı köklərini 8-10 saat termosda dəmləyin. Bundan sonra süzülüb soyuq yerə qoyun. Səhər yeməyindən yarım saat əvvəl 4 xörək qaşığı qəbul etmək lazımdır. Müalicə müddəti bir ay davam edilməlidir.