Sağlamlıq

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

  • Admin
  • 15-apr-2024, 17:03
  • 0 Baxış



1.ÜMUMİ MÜDDƏALAR


1.1.Psixoloji-tibbi-pedaqoji komissiya sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər vermək, mübahisəli məsələlərə baxmaq məqsədi ilə yaradılır.

 

1.2.Psixoloji-tibbi-pedaqoji komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Təhsil Nazirliyinin əmr, qərar və sərəncamlarını, bu Əsasnaməni və digər normativ-hüquqi aktları rəhbər tutur.


2.PSİXOLOJİ-TİBBİ-PEDAQOJİ KOMİSSİYANIN TƏŞKİLİ


2.1.Rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaları Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələri (idarələri) ilə razılaşdırılmaqla Təhsil Nazirliyinin yerli şöbələrinin (idarələrinin) əmri ilə, Respublika psixoloji-tibbi-pedaqoji komissiyası isə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla Təhsil Nazirliyinin əmri ilə yaradılır.

 

2.2.Psixoloji-tibbi-pedaqoji komissiyanın tərkibi Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

 

2.3.Psixoloji-tibbi-pedaqoji komissiyanın fəaliyyətinə rəhbərlik və nəzarət müvafiq olaraq Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və onların yerli orqanları tərəfindən aparılır.

 

2.4.Komissiyanın səmərəli fəaliyyəti üçün Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdehlik daşıyırlar.

 

2.5.Psixoloji-tibbi-pedaqoji komissiya uşaqların hərtərəfli müayinəsi üçün əlverişli şəraiti olan xüsusi təhsil müəssisəsində fəaliyyət göstərir.

 

2.6.Psixoloji-tibbi-pedaqoji komissiya müəyyən olunmuş qrafik əsasında həftədə 2 dəfə daimi fəaliyyət göstərir. Zəruri halda əlavə olaraq səyyar komissiya keçirilə bilər. İş vaxtı 6 saat həcmində, iş rejimi saat 10-dan 16-dək müəyyənləşdirilir.

 

2.7.Komissiyanın iclasları vaxtaşırı keçirilir və protokollaşdırılır. Komissiyanın qərarı yekun rəy hesab olunur.

Komissiya üzvlərinin çoxu iştirak etdikdə, komissiyanın iclasları səlahiyyətli sayılır. Komissiyanın qərarları açıq səsvermə yolu ilə və səsvermədə iştirak edən komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edilir.

 

2.8.Respublika psixoloji-tibbi-pedaqoji komissiyası rayon (şəhər) psixoloji-tibbi- pedaqoji komissiyasının hesabatını dinləyir, fəaliyyətini qiymətləndirir.

 

2.9. Psixoloji-tibbi-pedaqoji komissiya ilə sağlamlıq imkanları məhdud uşaqların valideynləri və ya digər qanuni nümayəndələri arasında yaranmış mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll olunur.

 

2.10. Psixoloji-tibbi pedaqoji komissiyada çalışan şəxslərin əsas iş yerindəki əmək haqlarına "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq 50 faiz əlavə edilir.


3.PSİXOLOJİ-TİBBİ-PEDAQOJİ KOMİSSİYANIN VƏZİFƏLƏRİ


Psixoloji-tibbi-pedaqoji komissiyanın vəzifələri aşağıdakılardır:

 

3.1.uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tibbi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək;

 

3.2.sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb edilməsi barədə qərar qəbul etmək;

 

3.3.sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün xüsusi təhsili həyata keçirən müəssisənin tipini müəyyənləşdirmək;

 

3.4.fərdi təlim planına dair tövsiyələr vermək;

 

3.5.sağlamlıq imkanları məhdud uşaqlar üçün təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya dəyişdirmək;

 

3.6.sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə məsləhətlər vermək;



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?