Səhər acqarına bir qaşıq yeyin – MİN BİR DƏRDİN DƏRMANI
- Admin
- 15-apr-2024, 18:14
- 0 Baxış
Üzüm, tut və keçibuynuzundan hazırlanan bəhməz səhər süfrəsinin nemətləri arasında yer almaqla yanaşı, dərman kimi də istifadə edilir. Ancaq bəhməzin faydalarından xəbərsiz olub onu sevməyənlər də var.
Aztəhsil.com bəhməzin bilinməyən faydalarını sizə təqdim edir. Bunları bildikdən sonra onu sevmədiyiniz üçün peşman olacaqsız.
Kökəlmək istəyənlər 2 çay qaşığı bəhməz sayəsində gün ərzində 10 qram kalori əldə edə bilər. Şəkər tozundan fərqli olaraq bəhməz az enerjili olmaqla yanaşı qida dəyəri yüksəkdir. Bəhməz kalsium, maqnezium, dəmir, fosfor, potasium, soda və mis kimi minerallar zəngindir. Tərkibində eyni zamanda B1, B2 və niasin vitaminləri var.
Bəhməzin faydaları
- Bədən gücünü artırır
- İmmuniteti gücləndirir
- İltihabın qarşısını alır
- Qaraciyəri təmizləyir
- Qan təzyiqini tənzimləyir
- Öskürəyi kəsir
- Xəstəsinizsə, sağalma müddətini sürətləndirir
- Enerji verir
- Dəmir, kalsium, potasium, maqnezium, manqan və mis baxımından zəngin olması səbəbindən sümükləri qoruyur.
- Mədə və həzm sistemi problemlərini yaxşılaşdırır.
Bəhməz - dəmir qaynağı
Bəhməzin ilk faydası onun dəmirlə zəngin olmasındadır. Tərkibində dəmir olan hemoqlobin tənəffüs hüceyrələrinə oksigen daşınmasını təmin edir. Hüceyrələrin oksidləşməsi və hərəkəti dəmirdən asılıdır. Sağlam və enerjili olmaq üçün dəmirə daha çox ehtiyacımız var. Bunun üçün daha təbii və sağlam qidalar yeməliyik. Hər gün 1-2 çay qaşığı bəhməz yemək dəmir qəbulu baxımından xeyli faydalıdır.
Bəhməzin tərkibindəki kalsiumun faydası
Kalsiumun əsas qaynağı süd və süd məhsulları olsa da, bəhməzin tərkibindəki kalsium da çox əhəmiyyətlidir. Kalsium diş və sümük yaranmasında çox önəmlidir. Əzələlərin sıxılmasında kalsium xüsusi funksiya daşıyır. Qanın laxtalanmasında da kalsium xüsusi rol oynayır. Qan laxtalanması sayəsində yaralar, kəsiklər zamanı çox qan itirilməsinin qarşısı alınır. Kalsium hüceyrələrin qidalanmasında xüsusi rol oynayır. Yüksək təzyiqin aşağı salınmasında, təzyiqin normada qalmasında faydalıdır.
Vücudun norması bəhməzdən asılıdır
Bəhməzin tərkibindəki natrium və potasium asit bazası, su və təzyiq normasının təmin edilməsində rol oynayır. Bəhməzin tərkibində fitoestrogenlər kimi təbii kimyəvi maddələr də mövcuddur. Fitoestrogenlər vücudumuza dəstək olur. Qadınlarım menopauza dönəmində istilik basması hallarının azalmasına kömək edir. Menopauza dönəmindən öncə qadınlarda döş və sinə xərçəngi riskini azaldır. Sümük, beyin, ürək, damar kimi digər orqanlara müsbət təsir göstərir. Xolesterolu azaldır, damar sərtləşməsi, osteoporozu önləyir.
Bəhməz hər zaman hər yaşda istifadə edilməlidir. Səhər acqarına bir qaşıq yeyin, ya da ilıq suya qatıb için. Yağla bəhməzi qarışdıraraq çörəyin üstünə yaxıb uşaqlara verə bilərsiniz, ya da suya qarışdırıb içirə bilərsiniz. Meyvəli şirniyyatların hazırlanmasında da bəhməzdən istifadə etmək olar.