Valideyin

Yüksək zəkaya malik və istedadlı uşaqlar hansı xüsusiyyətləri daşıyırlar?

  • Admin
  • 02-mar-2024, 18:30
  • 0 Baxış

 

İstedadlı uşaq ABŞ Təhsil Nazirliyinə görə eyni yaş, təcrübə və ya ətraf şərtlərinə malik yaşıdlarına görə, yüksək performans göstərən və ya yüksək səviyyədə uğur əldə edən uşaqlar və gənclərdir. Bu uşaq və gənclər qeyri-adi intellektual, yaradıcı və liderlik gücünə malik olduqları üçün bədii sahələrdə yüksək performans nümayiş etdirirlər.
 
Bu xüsusiyyətdə olan fərdlər, adətən məktəb tərəfindən təmin olunmayan təhsil xidməti və ya fəaliyyətlərinə ehtiyac duyurlar. Üstün qabiliyyətli uşaqlar və gənclər bütün mədəni qruplarda, bütün sosial-iqtisadi səviyyələrdə olur.
İstedadlı uşaq; görkəmli istedadlarına görə, istedadlı uşaqları müəyyənləşdirmək məsələsində kafiliyi olan, bu sahədə peşəkar kimi tanınan şəxslər tərəfindən müəyyən olunmuş uşaqdır. Bu uşaqlar, yüksək səviyyədə yaradıcı xüsusiyyətlərə və müəyyən bir vəzifə sahəsində vəzifə məsuliyyətinə malikdirlər.
İstedad, bəşəriyyət həyatı üçün təməl dəyəri olan və yaxşı tanınmış istedad sahələrində sahib olunan fövqəladə potensial və ya gücdür.
Renzulli (1986), yaradıcılığını nümayiş etdirərək uğur göstərən fərdlər üzərində apardığı tədqiqat nəticəsində yüksək istedadını bu şəkildə xarakterizə etmişdir; "Üstün bacarıq, insan xüsusiyyətinin üç əsas xüsusiyyət arasındakı münasibətdən ibarətdir.
Bunlar;
İstedad; Ümumi və xüsusi bacarıq
Yaradıcılıq
Motivasiyadır.
Üstün qabiliyyətli uşaqlar, bunların birləşimini inkişaf etdirmək qabiliyyətinə malikdir və bunları insan çıxışının mühüm sahələrindən birində istifadə edə bilənlərdəndir” şəklində üstün istedadlılıq anlayışında yaradıcılığın da önəmli yeri olduğunu vurğulayıb; Bunun üzərinə bu tarixdən etibarən ənənəvi zəka testləri və zəka bölümü xallarının üstün istedadı tanıdılmada yetərsiz qaldığı fikri ağırlıq qazanmışdır.
Bütün bu təriflər araşdırılarkən istedad, öz başına imtiyazlı bir xüsusiyyət, ya da yalnız bəzi insanlarda müşahidə edilən bir xüsusiyyət deyil, qabiliyyət səviyyəsi nə olursa olsun bütün insanlarda müşahidə edilən xüsusiyyətlərin var olan ibarət dərəcəsindəki, görülmə tezliyindəki, ortaya çıxış zamanındakı və bir araya gəlişindəki özünəməxsusluqdan irəli gələn bir xüsusiyyət olaraq görülür. Başqa sözlə, istedadlılar fərqli insanlar deyil, bəzi xüsusiyyətlərinin tərkibi, sıxlığı, zamanlaması və kompozisiya baxımından fərqlilik göstərən insanlar kimi ifadə etmək olar.
Eyni zamanda bu şəxslərin, yüksək akademik nailiyyəti, kəşf və ixtira qabiliyyəti, yaradıcı davranışlar bacarığı, liderlik qabiliyyəti, fərdi və fərdlər arası münasibətlərdə uğur, vizual və çıxışa əsaslanan sənət sahələrindəki qabiliyyəti olmaq üzrə müxtəlif sahələrdə uğur göstərdikləri söylənilə bilər.
Məsələn, tarixdən nümunələr veriləcək olunarsa Pikasso şəkildə, Motsart musiqidə, Eynşteyn fizikada və Edison elektrik sahəsində bəşəriyyətə mühüm ixtiralar, əsərlər bəxş etmişlər.
Üstün qabiliyyətli uşaqlar standart intellekt sınaqlarında təxminən 130 və üzəri xal alan uşaqlardır. İstedadlılar tarixində bu meyar ilə uşaqlar istedadlı olaraq qəbul edildiyi və proses görüldüyü məlumdur.
 
img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?