Sağlamlıq

Dünyanın ən faydalı qidasıdır, çoxlu yeyin... - Professordan MƏSLƏHƏT

  • Admin
  • 17-apr-2024, 21:58
  • 0 Baxış



Daxili xəstəliklər və Kardiologiya üzrə mütəxəssis, professor Canan Karatay dünyanın ən sağlam qidasının kələm olduğunu açıqlayıb.


Aztəhsil.com xəbər verir ki, Karatayın sözlərinə görə, kələm turşusu dünyanın ən vacib tibbi məhsullarından biridir:


"Turşu xərçəng, ürək xəstəsi, altsaymer olmağınızın qarşısını alır, qaraciyərin yağını əridir, şəkəri nizamlayır”.


Kələmin faydaları bununla bitmir, yarpaqlarında olan foli turşusu qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsi prosesinə kömək edir və qadınlar üçün faydalıdır.


Kələm ağrıkəsici və iltihab əleyhinə yaxşı vasitədir. Ürək, böyrək, sidik kisəsi xəstəlikləri və qəbz vaxtı kələm məsləhət görülür.


Kələm həmçinin K, PP, B qrupu vitaminlər və kalsium, kalium, dəmir, sink, fosfor, yod kimi mineral maddələrlə zəngindir. Kələm müxtəlif dəri xəstəlikləri, artrit zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün kələm yarpağını zədələnmiş dəriyə və ya oynağa kompres şəklində qoyurlar.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?