Alimlər uşağın boy atmasına təsir edən bir sıra amilləri tədqiq edərək, ilk baxışdan gözlənilməz nəticəyə gəliblər.
Alimlər uşağın böyüməsinə təsir edən bir neçə əsas amili müəyyən ediblər. Onlardan birincisi ailə tərkibidir. Yarımçıq, ən əsası isə uğursuz ailələrdə uşaqlar ləng boy atır və yaşıdlarından boyca kiçik olurlar.
Əgər uşaq anasız böyüyürsə, yaşıdlarından təxminən 2 santimetr kiçik olur. Atasız uşaqlarda isə bu göstərici bir qədər azdır. Valideynlərin həyat tərzi də az əhəmiyyətli deyildir. Spirtli içki qəbul edən və siqaret çəkən valideynlərin övladlar alçaqboylu olurlar.