Valideyin

Uşaqlar nə istəyirlər?

  • Admin
  • 03-mar-2024, 15:33
  • 2 Baxış

 

Valideynləri ilə vaxt keçirmək, və bu müddət ərzində valideynlərinin tam diqqətini istəyirlər. Valideynlərinin onlarda səhv tutmadan hörmətlə dinləmələrini istəyirlər. Valideynlər övladlarının həyatında ən vacib insanlardır. Uşaqlar da həmçinin valideynlərinin həyatında ən vacib insanlardır.
    Biz əmin olmalıyıq ki, uşaqlarımız bizimlə kifayət qədər vaxt keçirir. İdeal olaraq, hər bir uşağa valideynlərlə təkbətək vaxt lazımdır. Ən yaşlı uşaq üçün uyğun vaxt digər uşaqlar yatdıqdan sonra təyin edilə bilər. Yaşca kiçik uşaqlara isə bu vaxtı bacı-qardaşlarının kənar fəaliyyətlə məşğul olduqları və ya dostlarına və ya qohumlarına baş çəkdikləri zaman ayıra bilərsiniz. 
    Evdən kənarda uşağınıza tam diqqət ayırmanız daha asan olar. Birlikdə gəzmək faydalı və xoş ola bilər. Misal üçün uşağı restorana və ya parka apara bilərsiz. Bu vaxtı uşağa yönəltmək üçün istifadə edin. Problemlərdən danışmayın. Uşaqla uşaq haqqında danışın. Uşağınıza "bu bizim birlikdə xüsusi vaxtımızdır" deyin. Uşağınıza göstərin ki, birlikdə keçirdiyiniz vaxt sizin üçün çox vacibdir.
    Əgər danışmaq üçün heç bir şey yoxdursa, uşağınızdan o gün / həftə başına gələn yaxşı və ya pis hadisələr, və ya gecə yuxuda nə gördüyü barədə soruşun. Uşağınıza onun düşüncələri və hissləri ilə maraqlandığınızı bildirin. Birlikdə keçirdiyiniz bu xüsusi vaxt ərzində heç bir şəkildə tənqiddən istifadə etməyin. Uşağın səhvlərini anındaca düzəltməyin. Dinləyin və söhbətdə əsanasında nəyin baş verdiyinə maraq göstərin. Uşağınız nə haqda danışmaq istəyərsə o barədə danışın.
    Övladınızla özünüz haqqında haqqında söhbət etməkdən qorxmayın. Uşaqlığınızda hər hansı bir səhvə yol vermisinizmi? Uşağınıza bu barədə danışın və ona necə hiss etdiyinizi söyləyin. Uşaq ikən ən yaxşı dostunuzla mübahisə etdinizmi? Bu barədə uşağınıza deyin. Narazıçılığa səbəb olan nə oldu? Problemi həll etmək üçün nə etdiniz? Beləcə, uşağınız "anam / atam da bir zamanlar uşaq olub" düşüncəsini anlaya bilər.
    Bu xüsusi vaxt uşağınızla yaxın münasibət qurmağa kömək edəcəkdir. Uşağınıza belə vaxt ayırmaq övladınıza sizin onun üçün vacib olduğunuzu bildirəcək. Əgər ona qayğı göstərdiyinizi və onu bir şəxsiyyət kimi qəbul etdiyinizi hiss edərsə, sizə etibar etməyi öyrənəcəkdir və bir problem yaranarsa, onu sizinlə bölüşmək ehtimalı da böyüyəcək.
    Uşağınız üçün ayırdığınız bu xüsusi vaxt, onun ünsiyyət qurmaq ehtiyacının tamamilə ödəndiyini anlamına gəmir. Uşağınızla ünsiyyət zamanı diqqətinizi tamamilə ona ayırın. Mümkünsə, gördüyünüz işi dayandırın və birbaşa onun gözlərinə baxın (tədqiqatlar göstərir ki, bir uşaq başqalarından nə qədər çox göz təması alsa, başqalarına bu qədər də diqqət yetirir). Uşaq diqqət tələb etdikdə, işinizi dayandırmaq mümkün deyilsə, ondan xahiş edin ki, bir az gözləsin. İşiniz bitdikdə isə tam diqqətinizi ona yönləndirin və hörmətlə onun dediklərinə qulaq asın.
    Uşağınızla münasibətlərinizi onu dinləyərək və onunla söhbət edərək inkişaf etdirirsinizsə, aranızdakı ünsiyyəti açıq saxlamağa kömək edirsiniz. Uşağınıza vaxtınızı və diqqətinizi versəniz, o, sevildiyini və xüsusi olduğunu hiss edəcək. Valideyn və uşaq arasındakı ünsiyyət açıq olduqda , uşağınız bir problem və ya narahatlıqla üz-üzə qaldıqda bir başa olaraq sizə müraciət edəcək.
  Uşağınızı narahat edən nə isə olduğunu hiss etdiyiniz zaman , sizinlə danışmaq istəyib istəmədiyini soruşun. "Sən başa düşməyəcəksən” deyə cavab verə bilər. Bu zaman "İstədiyin zaman mən səni bu barədə dinləyə bilərəm”. Əgər, övladınız sizə cavab verməzsə, təzyiq göstərməyin. Sadəcə sizin hər zaman onun yanında olduğunuzu bildirin.
 
img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?