İdarəetmə / Direktor / Metodika / Ümumi

“Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş nişanların təsviri”nin təsdiq edilməsi haqqında qərar

  • Admin
  • 30-apr-2024, 17:14
  • 18 Baxış



“Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş nişanların təsviri”nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.30-cu bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş nişanların təsviri” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

“Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş nişanların təsviri 

1. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların təltif olunması üçün qızıl və gümüş nişanlar (bundan sonra - nişanlar) diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanır (1 və 2 nömrəli əlavələr).

2. Nişanların üz tərəfində Azərbaycan Respublikasının Dövlət gerbi, gerbdən yuxarıda “Azərbaycan Respublikası” sözləri simmetrik yerləşdirilməklə həkk olunur.

3. Nişanların arxa tərəfində çevrə daxilində qövsvarı kəsikdən başlanan günəş şüaları fonunda açıq vəziyyətdə olan kitabın qövsvarı kəsiklə daxili çevrə arasındakı hissədə aypara və səkkizguşəli ulduzun təsviri, yuxarı hissədə iki çevrə arasında saat əqrəbi istiqamətində “Təhsildə xüsusi nailiyyətlərə görə” sözləri həkk edilir. Bütün yazılar və təsvirlər qabarıqdır.

4. Qızıl nişanın yan səthində çevrə boyunca böyük çap hərfi ilə QIZIL NİŞAN, gümüş nişanın yan səthində GÜMÜŞ NİŞAN sözləri nəqş olunur.

5. Nişanlar bürünc metaldan hazırlanır. Qızıl nişanın səthinə qızıl, gümüş nişanın səthinə gümüş suyu çəkilir.

6. Nişanlar qırmızı rəngli plastik qutulara qablaşdırılır.

“Təhsildə xüsusi nailiyyətlərə görə qızıl və gümüş nişanların təsviri”nə

1 nömrəli əlavə

 

  

 

“Təhsildə xüsusi nailiyyətlərə görə qızıl və gümüş nişanların təsviri”nə

2 nömrəli əlavə

 


 



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?