Dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında qərar
- Admin
- 30-apr-2024, 17:20
- 157 Baxış
Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Təhsil Qanununa müvafiq olaraq dövlət ibtidai, əsas, orta ümumtəhsil və günüuzadılmış məktəblərin, liseylərin və gimnaziyaların nümunəvi ştatlarını, təsərrüfat və xidmət işçiləri heyətinin əlavə ştatlarını nizama salmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Təsdiq edilsin:
a) ibtidai, əsas, orta ümumtəhsil və günüuzadılmış məktəblərin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları (əlavə № 1);
b) günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri heyətinin əlavə ştatları (əlavə № 2).
2. Qeyd edilsin ki, bu qərarla təsdiq edilən nümunəvi ştatlar iş şəraitinə və həcminə görə dövlət ümumtəhsil məktəblərində bütünlüklə tətbiq oluna bilmədikdə nümunəvi ştatlardan kənara çıxılması məsələsi hər bir ayrı halda əmək haqqı fondu dairəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılığı ilə tabeliyində müvafiq məktəb olan nazirlik və baş idarələr tərəfindən həll edilir.
3. Göstərilən nümunəvi ştatlar 1996/1997-ci tədris ilindən başlayaraq tətbiq edilsin.
4. Azərbaycan Respublikası nazirlik və baş idarələri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, rayon (şəhər) İcra Hakimiyyəti başçıları yeni nümunəvi ştatların tətbiqi ilə əlaqədar 1996-cı ildə tələb olunan əlavə xərcləri Respublika büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və müvafiq rayon (şəhər) yerli büdcələrinin sosial-mədəni tədbirlərə nəzərdə tutulmuş vəsaiti daxilində təmin etsinlər.
5. Bu qərarın qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Nazirlər Sovetinin «Azərbaycan SSR Xalq Təhsili Nazirliyi ümumtəhsil məktəblərinin nümunəvi ştatları haqqında» 1990-cı il 30 iyun tarixli 293 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları
|
Sinif-komplektlərin miqdarından asılı olaraq ştat vahidlərinin sayı |
|||||||||
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
|
4-dək |
5—6 |
7—9 |
10—13 |
14—16 |
17—19 |
20—22 |
23—25 |
26—29 |
30 və daha çox |
Direktor |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
Direktorun tədris (təlim-tərbiyə) işi üzrə müavini |
— |
— |
0,5 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
Direktorun litsey (gimnaziya) v s. profil üzrə müavini |
— |
— |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
Direktorun təsərrüfat işi üzrə müavini |
— |
— |
— |
— |
— |
— |
1 |
1 |
1 |
1 |
Təsərrüfat müdiri |
— |
— |
— |
1 |
1 |
1 |
— |
— |
— |
— |
Mühasib |
— |
— |
— |
— |
— |
— |
1 |
1 |
1 |
1 |
Katibə-makinaçı |
— |
— |
— |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
Uşaqlar birliyi rəhbəri |
— |
— |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
Kitabxana müdiri |
— |
— |
— |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
Kitabxanaçı |
— |
— |
1 |
— |
— |
— |
— |
— |
— |
1 |
Laborant |
— |
— |
— |
1 |
1 |
1,5 |
1,5 |
2 |
2 |
2 |
Kiçik xidmətedici işçi (xadimə, paltar saxlayan, çilingər, santexnik, elektromantyor, dülgər və s.) |
1 |
2 |
3,5 |
4,5 |
6 |
7 |
8 |
10 |
11 |
12 |
QEYDLƏR
1. 5 və daha çox sinif-komplekti və 100-dən çox şagirdi olan ibtidai məktəblərin ştatları əsas və orta məktəblərin nümunəvi ştatlarına uyğun surətdə müəyyən edilir.
2. 30 və daha çox sinif komplekti olan məktəblərdə sonrakı hər 10 sinfə əlavə 0,5 vahid tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini vəzifəsi müəyyən edilir.
Bir sıra fənnlər xarici dildə tədris olunan orta ümumtəhsil məktəblərində direktorun xarici dil üzrə müavini vəzifəsi müəyyən edilir.
3. 10-dək sinif-komplekti olan orta ümumtəhsil məktəblərində, liseylərdə və gimnaziyalarda 0,5 vahid, 10 və daha çox sinif-komplekti olduqda bir vahid uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsi müəyyən edilir.
4. Orta ümumtəhsil məktəblərində, liseylərdə və gimnaziyalarda sinif-komplektlərinin sayından asılı olmayaraq hərbi rəhbər vəzifəsi müəyyən edilir.
5. Nümunəvi ştatda göstərilən laborant vəzifəsi əsas və orta ümumtəhsil məktəblərində, liseylərdə və gimnaziyalarda avadanlıqla təchiz edilmiş fizika və kimya kabinetləri olduqda tətbiq edilir.
Əsas və orta məktəb, lisey və gimnaziyaların ştatına bir vahid psixoloq vəzifəsi daxil edilir.
Doqquz sinif-komplekti və avadanlıqla təchiz edilmiş fizika və kimya kabinetləri olan əsas və orta məktəblərə laborant vəzifəsi müəyyən edilir. 40 və daha çox sinif-komplekti olduqda əlavə bir vahid laborant vəzifəsi daxil edilir.
6. Sinif-komplektlərinin sayı 20 və daha çox olan məktəblərdə, liseylərdə və gimnaziyalarda direktorun təsərrüfat işləri üzrə müavini vəzifəsi şagirdlərin sayı 401 və daha çox olduğu halda müəyyən edilir.
7. Ocaqçı, binaların, qurğuların, avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifəsi mənzil-kommunal sisteminə verilməyən məktəblərdə müəyyən edilir:
mərkəzi istilik sistemi olduqda — hər bir qazanxanada növbədə bir ocaqçı vəzifəsi, bərk növlü yanacaqla (torf, daş kömürlə) qızdırılan qazanxananın sahəsi 75 kv metrdən çox olduqda — növbədə 2 ocaqçı vəzifəsi;
qazla qızdırıldıqda — növbədə bir ocaqçı vəzifəsi, təhlükəsizliyin avtomat tənzimləyicisi olmayan qazanxanalarda isə növbədə 2 ocaqçı vəzifəsi;
mərkəzləşdirilmiş istiliklə təchiz edilən ümumtəhsil məktəblərində litseylərdə və gimnaziyalarda istilik məntəqəsi və ya elevator olduqda binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə bir fəhlə vəzifəsi, boylar, nasos olduqda isə — növbədə bir fəhlə vəzifəsi;
soba ilə qızdırılan ümumtəhsil məktəblərində 0,5 vahiddən az olmamaqla — hər 5 sobaya 0,5 vahid sobayandıran vəzifəsi.
Bu bənddə nəzərdə tutulmuş ocaqçı, sobayandıran, binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifələri binanı qızdırma mövsümü üçün nəzərdə tutulmuşdur.
Göstərilən vəzifələrin ümumi sayından bir vəzifə (sobayandıran vəzifəsi 0,5 vahid) illik müəyyən edilir.
8. Paltarsaxlayan vəzifəsi kiçik xidmətedici işçi heyətinin ümumi sayı dairəsində paltar saxlamaq üçün avadanlıqla təchiz edilmiş xüsusi yer olduqda müəyyən edilir və qış mövsümü üçün nəzərdə tutulur.
9. Hər günü uzadılmış qrupa 1 vahid tərbiyəçi vəzifəsi müəyyən edilir.
Günü uzadılmış qrup şagirdlərin sayı 20 nəfərdən az olmadıqda təşkil edilir.
10. 30-dan çox sinif-komplekti olan məktəblərdə xadimə vəzifəsi hər iki sinfə 0,5 vahid hesabı ilə artırılır.
11. Əgər hər bir xadimə ştatına məktəbin ümumi süpürülən sahəsinin 400 kv metrdən çox düşərsə, əlavə xadimə vəzifəsi müəyyən edilə bilər, bu şərtlə ki, hər 400 kv. metr süpürülən sahəyə bir vahiddən artıq olmasın.
12. Məktəblərdə dalandar vəzifəsi süpürülən sahənin yerli İcra Hakimiyyətləri tərəfindən təsdiq edilmiş normalarına uyğun surətdə müəyyən edilir. Məktəbin 1,5 hektardan az olmayan sahədə meyvə bağı və ya bəzək ağacı əkilmiş yaşıl meydançası olduqda dalandar vəzifəsi ləğv edilərək bağban vəzifəsi müəyyən edilə bilər.
13. Əsas və orta məktəb, lisey və gimnaziya binalarının qorunması üçün istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü də daxil olmaqla 2 vahid gözətçi vəzifəsi müəyyən edilir.
14. Ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların xərc smetasında dərnək rəhbərinin əmək haqqını ödəmək üçün aşağıdakı miqdarda vəsait nəzərdə tutulur: 5-dən 10-dək sinif olduqda — 0,5 müəllim stavkası; 10-dan 20-dək — 1 stavka; 20-dən 40-dək 1,5 stavka; 40 və daha çox olduqda 2 müəllim stavkası.
Ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların balansında nəqliyyat vasitəsi olduqda, məktəb üzrə sürücü vəzifəsi müəyyən edilir.
15. Mərkəzləşdirilmiş mühasibatlığın xidmət etdiyi məktəblərdə mühasib vəzifəsi nəzərdə tutulmur.
16. Günüuzadılmış məktəblərin rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədrisə-yardımçı və xidmətedici heyətin ştatı 2-ci əlavədə göstərilənlər də nəzərə alınmaqla həmin nümunəvi ştata uyğun olaraq müəyyən edilir.
17. İbtidai, əsas və orta ümumtəhsil məktəblərinin xərc smetasında təxsisat və ştat müəyyən edildikdə məktəbəqədər təhsil müəssisələrində təhsil alan 6 yaşlılar sinfi və hazırlıq sinifləri nəzərə alınmamalıdır.
18. Ümumtəhsil məktəblərindəki ştat vahidlərinin sayı həmin nümunəvi ştata uyğun surətdə ildə bir dəfə sentyabr ayında müəyyən edilir.
Günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri həyəti üzrə
ƏLAVƏ ŞTATLAR
Vəzifələrin adı |
Ştat vahidlərinin sayı |
Tibb bacısı |
1 |
Anbardar |
1 |
Aşbaz |
1 |
Köməkçi fəhlə |
1 |
QEYDLƏR.
1. Anbardar, aşbaz, köməkçi fəhlə vəzifələri yemək bilavasitə məktəbin özündə hazırlandıqda daxil edilmir. Günüuzadılmış məktəblərdə doqquzdan çox sinif olduqda iki aşbaz vəzifəsi daxil edir, bu şərtlə ki, həmin sinifdəki uşaqların hamısı üçün yemək hazırlanmış olsun.
2. Günüuzadılmış məktəblərdə bir vahid mühasib vəzifəsi müəyyən edilir.
3. Günüuzadılmış məktəblərdə qoşqu nəqliyyatı, motoroller və ya avtomobil olduqda məktəb üzrə yalnız bir vahid mehtər və yaxud yük maşını, motoroller sürücüsü vəzifəsi müəyyən edilir.
4. Günüuzadılmış məktəblərdə həkim yardımı başqa ümumtəhsil məktəblərindəki ümumi qaydada göstərilməlidir.