Valideyin

Uşaqlar üçün işəyararlı intizam strategiyaları və ev qaydaları.

  • Admin
  • 04-mar-2024, 18:03
  • 2 Baxış

 

Təsirli bir nizam-intizam uyğun olmayan davranışların qarşısını alan mənfi nəticələr və uşağınızın yaxşı işləməsinə kömək edən və inkişafına təkan verən müsbət nəticələrdən ibarət olmalıdır. Strategiyanız  uşağınızın xasiyyətinə uyğunlaşdırılmalı olsa da, aşağıdakı intizam strategiyaları ümumi olaraq məktəbəqədər uşaqlar üçün təsirli olur.
YAXŞI DAVRANIŞI TƏRİFLƏYİN
Yaxşı davranışı təşviq etmək üçün çox tərif edin və cəsarətləndirin. Yalnız tərifinizin orijinal olduğundan əmin olun. «Sən bütün dünyanın ən yaxşı oğlusan» deməyin əvəzinə, «Xahiş etdiyim zaman qabını moydadıra (Qab yumaq üçün yer) qoyduğun üçün təşəkkür edirəm» deyin.
UŞAĞINIZA VAXT QOYUN
Aqresiyya kimi əsas qayda pozuntularına qarşı "fasilə” metodundan istifadə edin. Uşağınızın  "Əgər oyuncaqlarını indi yığmayacaqsansa, onda sən "fasilə”yə getməli olacaqsan" kimi bir xəbərdarlıqla sizə qulaq asmadığı vaxtlarda bu metoddan istifadə edin. Məktəbəqədər uşaqlar üçün çox vaxt "cəza fasiləsi” otağı tələb oluna bilər, 5 yaşlı uşaqların əksəriyyəti kresloda və ya digər sakit ərazidə vaxt keçirməyə dözə bilər.
 
GÜZƏŞTLƏRDƏN QAÇIN
Əgər məktəbəqədər uşağınız "fasilə”dən vaxtından əvvəl imtina etsə və ya düzgün olmayan hərəkətdən uzaq durmazsa, onun bəzi imtiyazları ləğv etməyə çalışın. Məsələn, günün qalan hissəsi üçün sevimli oyuncaq, oyun və ya televiziya imtiyazlarını götürün.
 
MÜKAFAT SİSTEMİ YARADIN
Uşağınız gecə öz yatağında qalmırsa, bununla mübarizə aparırsa, bir etiket qrafiki, mükafat sistemi yaradın. Hər öz yatağında qaldığı gecə üçün ona müəyyən sayda etiket verin. Sonra müəyyən miqdarda etiket (üç və ya beş) qazandıqdan sonra deyin ki, film izləmək və ya daha böyük bir mükafat qazana bilər. Mükafat sistemləri, uşağınızın məqsədlərinə çatmaq üçün lazım olan bacarıqları öyrəndikdən sonra nəticə göstərə bilər.
 
GƏLƏCƏK PROBLEMLƏRİN QARŞISINI ALMAQ
Bir məktəbəqədər uşağın intizamı məsələsində gözlənilən problemlərin qarşısının alınması ən yaxşı strategiya ola bilər. Uşağınız üçün çətin olacaq vəziyyətləri nəzərə alaraq problemləri bir addım qabaqlayın. Əksər məktəbəqədər uşaqlar ac olduqda, həddindən artıq bezdikdə və ya həddindən artıq yorğun olduqda davranışlarını idarə etmək onlar üçün çətinləşir. Beləliklə, buna görə sendviçlər hazırlayın, bolluca istirahət icazəsi verin və uşağınızın ən yaxşı olacağı vaxt üçün plan qurun. Gündəlik plan qurun, uşağınız gün ərzində ondan  nələr gözləndiyini bilsin. Məktəbəqədər uşaqlar cədvəl üzrə hərəkət etdikdə onlar üçün daha yaxşı olur, bacardıqlarının ən yaxşısını edə bilirlər. Aydın, başa düşülən qaydalar və məhdudiyyətlər yaradın. Yeni vəziyyətlərə (məsələn, kitabxanada necə davranmaq kimi) girmədən əvvəl gözləntilərinizi izah edin və uşağınıza qaydaları pozmağın nəticələri barədə xəbərdar edin. Məktəbəqədər uşaqların nümayiş etdirdiyi davranış problemlərinin bir çoxu, duyğularını idarə etməkdə çətinlik çəkmələrinin nəticəsidir. Məktəbəqədər uşağınıza sadə qəzəb idarəetmə bacarıqlarını öyrədin. Məsələn, dərin, sakitləşdirici nəfəs almağı və əsəbi olduqları zaman bu yoldan istifadə etməyi öyrədin.
 
img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?