Valideyin

Əsəbi uşaqları necə tərbiyə etməli?

  • Admin
  • 09-mar-2024, 22:10
  • 3 Baxış

 

"Uşaqlardan sevginizi əksik etməyin” – mütəxəssis tövsiyəsi


Müasir dövrümüzdə nevrozla doğulan uşaqların sayı artır. Müxtəlif yaş dövrlərində də uşaqlarda əsəbi, aqressiv davranış müşahidə olunur. Bəs görəsən, bu cür azyaşlılarla valideynlər necə davranmalıdırlar?


– Uşaqların psixoloji vəziyyəti ana bətnində olandan formalaşır. Onların dünyaya nevrotik əlamətlərlə gəlmələrinin ilk səbəbi uşağın valideynlər tərəfindən istənilib-istənilməməsi ilə bağlıdır. Ani qərarlaşdırılmış hamiləlik bəzi ana və ya ailə üçün problem yaradır. Bəzən analar məcburən (yeni abortun vaxtı kecmişsə) uşağı dünyaya gətirirlər. Uşaq dünyaya gəldikdən sonra valideynlər ona nə qədər sevgi göstərsələr də, hamiləlik boyunca onun dünyaya gəlişinin istənilməmə duyğusu uşaqlarda daha sonra aqressiv əlamətləri göstərir. göstərmələridir.


– Ümumiyyətlə, əsəbi uşaqlar nevrozun, əsəbiliyin əlamətlərini özündə hansı formada göstərir. Yəni hansı aqressiv hərəkətləri edirlər?


– Uşaqlarda aqressiv davranışlar xaricə və daxilə yönəlik olur. Yəni uşaqlar ətrafdakı hər şeyə hücum edir, diqqət mərkəzində qalmaq üçün edə biləcəyi işləri belə qəsdən etmir, qırıb-tökür, başqalarına qarşı şiddət göstərir, hətta vulqar sözlərdən istifadə edir və s. Məsələn, bir aqressiv pasiyentim var idi ki, ilk görüşdə otağımın qapısını təpikləyirdi, anası ilə söhbət zamanı imkan vermirdi, anasına şillə vururdu, onun adi çəkiləndə anasının ağzını yumurdu. Digər hallarda şiddət özünə yönəlir: saçlarını yolur, özünü vurur, dayanmadan yersiz yerə ağlayırlar. Bir uşağım var idi, başını divara vururdu əsəbiləşən kimi, dizinə döyürdü.


– Sizin konsultasiyalarda bu cür uşaqlar özlərini necə aparırlar?


– İlk görüşdə nəticə o qədər də ürəkaçan olmur. Təbii ki, belə uşaqların hər hansı bir mühitə adaptasiya olmaları üçün vaxt lazımdır. Belə uşaqları daima pis davranışlarına görə danladıqlarından uşaqların özünə etibarı aşağı olur. Onlar gəldikləri zaman onlara ilk öncə özlərini rahat və güvəndə hiss eləmələri üçün emosional mühit yaradırıq, elədiyi davranışlara hörmətlə yanaşır və çalışırıq ailədəki davranışları göstərməyək. Lakin artıq sərhədi aşdıqda müxtəlif cəzalar qoyuruq…


– Onları müalicə edərkən hansı çətinliklərlə qarşılaşırsınız?


– Aqressiv uşaqlar çox vaxt psixoloq görüşünə nevropotoloq müayinəsindən gəlir. Belə uşaqlarla adətən biz kompleks şəkildə çalışırıq, yəni həm nevroloji dərmanlar, həm də psixoloji korreksiya edirik. Çünki bəzi hallarda bizə mütləq həkimlərin yazdıqları sakitləşdirici dərmanlar vacibdir. Həddən artıq aqressiv olan uşaqlara bir çox şeyləri öyrətmək üçün onların müəyyən həddə qədər sakitləşməsi lazımdır.


– Valideynlərin bir çoxu uşaqları yalnız nervopotoloqa aparmaqla kifayətlənirlər. Bu cür müalicə öz effektini verə bilərmi?


– Yarımçıq effekt. Çünki nevropotoloq sadəcə müəyyən dərmanlar yazır. Onlar müəyyən vaxt ucun keçərli olur. Uzun müddət aqressiv olan usağın artıq bəzi davranışları onların xarakterik xüsusiyyətinə çevrilir. Bunları sadəcə dərmanla aradan qaldırmaq olmaz. Dərmanlar uşaqları sakitləşdirir, tabeolunan hala gətirir, psixoloq isə bu zaman həmin xoşagəlməz davranışları korreksiya edir.


– Uşaqların bu cür olmasında ailələrimizin rolu varmı?


– Ailənin uşağa az diqqət ayırması və ya əksinə, həddən çox diqqət eləməsi (hər şeyi nəzarət altına alma), valideynlərin mütəmadi konflikti, şəxsiyyətlərinə hörmət etməmələri və s. səbəbləri sadalamaq olar.


– Bu cür uşaqlarla konsultasiya nə qədər davam etsə, effekt ola bilərmi?


– Təbii ki, ilk diaqnostikadan sonra bunu demək düzgündür. Arqessivliyin dərəcəsindən asılı olaraq, həftədə 2-3 dəfə, 30-45 dəqiqə olmaqla görüş təyin edə bilərik. Hər dəfə valideynlərlə söhbət də vacibdir.


– Elə nevrozlu uşaqlar ola bilərmi ki, onları psixoloji cəhətdən müalicə etmək mümkün olmasın? Yəni bu xroniki olaraq davam etsin?


– Təbii ki, belə hallar da olur. Bizə birbaşa gələn uşaqlarda ilk diaqnostikada hər hansı xoşagəlməz hal müşahidə ediriksə mütləq nevropotolaqa göndəririk, nevropotoloqla əlaqə saxlayıb onun nəticələrini öyrənirik. Əgər patoloji hal varsa, artıq ona psixoloq yardımı gərək deyil.


– Valideynlər belə uşaqlarla necə davransalar yaxşı olar?


– Uşaqlarında belə davranışları müşahidə edən valideynlər psixoloqa müraciət etsinlər. Psixoloqun ilk diaqnostikasından o uşağın nevropotoloqa ehtiyacı olub-olmadığını bilinəcək. Nevropotoloqa ehtiyacı olsa da, olmasa da, korreksiya işi ilə mütləq psixoloq məşğul olmalıdır. Burda ailənin dəstəyi vacibdir. İlk olaraq valideynlərdən səbirli olmağı tələb edirik. Bu cür davranışların səbəblərindən ən başlıcası özgüvən əskikliyi olduğundan onlara mütləq dəstək olmaları vacibdir.

 

Bu cür uşaqlarda adətən intellekt və oyun təlimi səviyyəsi aşağı olur. Valideynlər uşaqları ilə məntiqi çalışmalar etməli, onların idrakını aktivləşdirmələri lazımdır. Daha sonra xoşagəlməz davranışlarını korreksiya etmək üçün mütləq uşaqlara "cəza-mükafat” sistemi tətbiq etməlidirlər. Bu uşaq psixologiyasında çox effektli bir korreksiya metodudur. Uşağın xosagəlməz davranışlarına görə onu sevdiyi bir şeydən məhrum etmək. Məsələn, əgər uşağınız həyətdə kiminləsə dalaşdısa və ya sizi pərt edəcək hərəkət etdisə, onu sabahkı gün həyətə düsməkdən məhrum edə bilərsiniz və ya axşam sevdiyi cizgi filmi izləməsinə mane olun. Amma bunu mütləq öncədən deyin.

 

Əgər verdiyiniz sözə əməl etməsəniz, uşaqda sizə qarşı etibarsızlıq yaranacaq və davranışları daha xoşagəlməz hal alacaq. Daha sonra elədiyi xoş davranışlara görə onu mükafatlandırın. Uşaqlardan mütləq sevginizi əksik etməyin. Sevgi azlığı uşaqların aqressiv davranışlarının başlıca səbəblərindəndir.

 


img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?