İdarəetmə / Sinif rəhbəri / Direktor

Məktəb üzrə bir sıra vacib əmrlər ; Əmr nümunələri

  • Admin
  • 13-mar-2024, 16:38
  • 83 Baxış


1. Payız tapşırıqları və payız imtahanlarının nəticələri
2. Məktəbin və digərvəzifəli şəxslərin iş planlarının, məktəbin iş rejiminin, daxili intizam qaydalarının, məktəbin Nizamnaməsinin (əgər həmin il üçün dəyişiklik varsa)
3. Siniflərin komplektləşdirilməsi, təhsil sahələri üzrə bölgüsü (VI-XI-  bölgüsü yuxarıda göstərilib. )
4. Fənn metodbirləşmələri, sinif rəhbərləri, əmək haqqı ödənilən fənn kabinetləri həvalə olunmuş şəxslərin təyini
5. Dərnək, fakültətiv və qrup məşğələlərin aparılması
6. Siniflərin iki qrupa bölünməsi (yuxarıda fənlər göstərilib), dərs bölgüsü (yuxarıda göstərilib), gənclərin çağırışa qədərki hazırlığı (qızlar, tağımlara bölünmə), əməyin təhlükəsizliyi, bilik yarışının keçirilməsi, tədris planındakı dəyişiklik (II y. il), əmək məzuniyyəti qrafiki (yanvar)
7. Dövlət idarə orqanları tərəfindən məktəbə inzibati ərazinin təhkim edilməsi, 6-17 yaşlı yeniyetmələrin siyahıya alınması, mikro ərazinin ayrı-ayrı konkret sahələrə bölünməsi, məktəb müəllimlərinin həmin sahələrə təhkim olunması, qərargahın yaradılması, uşaq və yeniyetmələrin uçotunun ildə iki dəfə (mart və avqust aylarında) aparılması
8. I siniflərə qəbulla bağlı komissiyanın yaradılması (sədr, üzv, həkim, psixoloq və s. ) imtahana hazırlıq, imtahan komissiyalarının təyini, şagirdlərin imtahanlara buraxılması və sinifdən-sinfə keçirilməsi, şəhadətnamə və attestatların yazılması və paylanması ilə əlaqədar komissiyanın yaradılması və s. BŞTİ və digər rəhbər orqanlar tərəfindən daxil olmus əmr və sərəncamlar həyata keçirilmək məqsədi ilə əmrləşdirilməlidir.
NÜMUNƏ
 

Əmirlər
 
___№ li MƏKTƏB ÜZRƏ
___№ li Əmrdən çıxarış
201__ - ci il

İşə qəbulu barədə
  Hüseynova Dürdanə İsmayıl, ali təhsilli riyaziyyat müəllimi __ __ ____ tarixindən etibarən ___ saat dərs yükü ilə ixtisası üzrə müəllim vəzifəsinə təyin edilsin.
Əsas : Müvafiq dərkənarla ərizəsi və əmək müqaviləsi
 
 
Direktor :                                 Bayramova İ.
___№ li MƏKTƏB ÜZRƏ
___№ li Əmrdən çıxarış
201__ - ci il
 

 
Sosial məzuniyyət barədə
    Əliyeva Xalidə Əhməd qızı, məktəbin kimya müəlliminə __ __ ____ tarixindən etibarən __ __ ____ tarixinədək sosial məzuniyyət verilsin. __ __ ____ tarixində işə başlamalıdır. 
Əsas : ___ № li poliklinikanın xəstəlik vərəqi və Əliyevanın müvafiq dərkənar ərizəsi
 
Direktor :               Abuzərova Q.                  
___№ li MƏKTƏB ÜZRƏ
___№ li Əmrdən çıxarış
201__ - ci il
 

Əmək məzuniyyəti barədə
   Məmmədov Əhməd Məmməd oğlu, məktəbin tarix müəlliminə 201__/201__ - ci dərs ili üçün 56 təqvim günü, 01.07.201__  - ci il tarixindən  25.08.201__ tarixinədək əmək məzuniyyəti verilsin. 26.08.201__ - ci il tarixində işə başlamalıdır.
Əsas : Müvafiq dərkənarla ərizəsi
 
Direktor :                                 Abuzərova Q.
___№ li MƏKTƏB ÜZRƏ
___№ li Əmrdən çıxarış
201__ - ci il
 

İntizam tənbehi barədə
   Quliyeva İradə İbrahim, məktəbin biologiya müəlliminə müəssisədaxili intizam qaydalarını pozduğuna görə ƏM – ni 186 – cı maddəsinin II hissəsinin "a” bəndi ilə töhmət verilsin.
Əsas : Pedaqoji şuranın ___№ li __ __ ____ tarixli qərarı, Quliyevanın izahatı və direktorun sərəncamı
 
 
Direktor :                                 Rəhimova F.
___№ li MƏKTƏB ÜZRƏ
___№ li Əmrdən çıxarış
201__ - ci il
 

İntizam tənbehi barədə
   Məmmədova Cəmilə İsak qızı, məktəbin fizika müəlliməsi ilə bağlanmış əmək müqaviləsi ƏM – ni maddəsi ilə 14.10.201__ - ci il tarixindən ləğv edilsin.
Əsas : Müvafiq dərkənarla ərizəsi
 
Direktor :                                 Rəhimova F.
 

 
Tərtib etdi:  BŞTİ – nin aparıcı məsləhətçisi E.Məmmədov


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?