1.Kimya kabinetində işləyən şagirdlər bu təlimatın tələblərinə riayət etməlidirlər.
2.Eksperiment aparılan zaman kənar adamların kimya kabinetinə daxil olması yalnlz müəllimin icazəsi ilə ola bilər.
3.Kimya kabinetində işləyərkən şagirdlər mütləq xalat geyinməlidirlər, müəllimin göstərişi ilə fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər, iş yerində bütün qaydaları gözləməlidirlər.
4.İşi yerinə yetirmək üçün hər şeydən əvvəl dərsliyi və ya həmin işin ardıcıl yerinə yetirilməsi haqqında əlavə ədəbiyyat oxumaq lazımdır. Müəllimin bütün göstərişlərinə, o cümlədən, reaktiv məhlullarla davranma və qızdırma qaydalarına, boş qablara reaktivin tökülməsində təhlükəsizlik qaydalarına aid göstərişlərinə əməl olunmalıdır.
5.İşləmək üçün cihazları hazırlayanda müəllim və laboranta göstərmək lazımdır.
6.Müstəqil olaraq şagirdin hər hansı təcrübəni aparmağı qadağan edilir (nəzərdə tutulmayan təcrübəni)
7.Kimya kabinetində yemək və içki qəbul etmək olmaz.
8.Keçidi portfel, çanta ilə tutmaq olmaz.
9.İş zamanı xəsarət aldıqda (yanıq, zəhərlənmə), özünü pis hiss etdikdə şagirdlər müəllimə və laboranta müraciət etməlidirlər.
10.Müəllimin icazəsi olmadan kimya kabinetindən maddəni çıxartmaq və kabinetə girmək olmaz.
11.Mayelərin, həmçinin bərk maddələrin dağılması haqqında müəllimə və ya laboranta məlumat verilməlidir. Dağılmış hərhansı maddənin xəbər etmədən müstəqil yığılması qadağandır.
12.Məhlulların və üzvi mayeləri kanalizasiya borusuna tökmək qadağandır. Onları qoyulmuş xüsusi qaba tökmək lazımdır.
13.İş avadanlığında, su kəmərində, elektrik şəbəkəsində pozğunluq olduqda bunu müəllimə və ya laboranta bildirmək lazımdır. Əmələ gələn pozğunluğu şagirdin özünün düzəltməsi qadağandır.
14.İş qutardıqdan sonra işçi yerinin təmizlənməsi və səliqəyə salınması müəllimin göstərişi ilə aparılmalıdır.
15.Dərs zamanı kimya kabinetində bir hadisə baş verdikdə (yanğın, pis iyin yayılması) hay-küy yaranmasına yol verilməməli ancaq müəllimin göstərişinə tabe olunmalıdır.
Tərtib etdi :
Təsdiq edirəm : Razılaşdırılmışdır : Həmkarlar komitəsinin sədri
Məktəbin direktoru :
"__” ____________201_ - ci il "__” ____________201_ - ci il
Tərtib etdi : BŞTİ – nin aparıcı məsləhətçisi E.Məmmədov