Sinif rəhbəri / Direktor / Sağlamlıq

Müəllim məktəbdə siqaret çəkməlidirmi?

  • Admin
  • 16-mar-2024, 16:34
  • 3 Baxış


Orta ümumtəhsil məktəblərinin idarə olunması və ümumilikdə təlim – tərbiyə prosesinin təşkili işi çox mürəkkəb, ardıcıl və həm də sistemli bir prosesdir. Bu prosesdə ən önəmli məsələlərdən biri də şagirdlərdə müxtəlif zərərli vərdişlərə qarşı nifrət hissi oyatmaq, onlara bu vərdişlərdən uzaq olmağı aşılamaqdır.

 

Nəzərə alsaq ki, təlim-tərbiyə müəssisələrində cəmiyyət üçün hazırlanan gənc nəslin təlim və tərbiyəsi ilə məşğul olan müəllimlərin, hətta az bir qismi belə ( mən hələ əksəriyyətdən danışmıram ) bu zərərli vərdişlərdən konkret olaraq birinin aludəçisidir, onda aparılan bu təbliğatın nəticəsi də sual altında qalır... 


Müəllimin məktəbdə siqaret çəkməsi sizdə hansı təəsürat yaradır?

 

Yeri gəlmişkən, Milli Məclisdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi qəbul olunub. Qanun layihəsində siqaret çəkilməsi qadağan olunan yerlərin siyahısı da öz əksini tapıb. Maraqlı fakt ondan ibarətdir ki, yerlərin siyahısında da elə ilk yeri təhsil və tərbiyə müəssisələri, habelə onların əraziləri tutur...

 

Bununla belə adamı mütəəssir edən bir fakt da ondan ibarətdir ki, qanun layihəsi mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə idarə və təşkilat rəhbərlərinə tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını təmin etməyi nəzərdə tutur...

 

Təsəvvür edirsinizmi, məktəbdə siqaret çəkmək üçün xüsusi yerlər ayrılır?..Və nə qədər istəyirsən get siqaret çək, sonra da gəl "zərərli vərdişlərdən uzaq olmaq” haqqında xalqın balalarına mohizə oxu...

 

Camaləddin Əlizadə


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?