Müasir məktəb direktoru necə olmalıdır
- Admin
- 18-mar-2024, 20:07
- 6 Baxış
Ölkəmizdə müasir təhsil sistemlərinin xüsusiyyətlərindən biri dövlət idarəetmə sistemindən dövlət-ictimai xarakterli idarəetmə sisteminə keçilməsidir.
Təhsilin dövlət-ictimai xarakterli idarəetməsinin əsas ideyası təhsil problemlərini həll etmək üçün dövlətin və cəmiyyətin səylərini birləşdirmək, tədris prosesinin məzmununu, forma və metodlarını, müxtəlif tip təhsil müəssisələrini seçməkdə müəllimlərə, şagirdlərə, valideynlərə böyük hüquqlar və azadlıqlar vermək təşkil edir. Bu dövlət xarakteri ölkədə təhsil sahəsində vahid siyasətin həyata keçirilməsi deməkdir. Ölkənin sosial-iqtisadi, siyasi, mədəni və beynəlxalq sahələrdə uğurları təhsil sisteminin nailiyyətləridir.
Dövlətin icraedici orqanları tərəfindən təhsil sahəsində standartlar işlənib hazırlanır və məktəblərimizdə tətbiq olunur. Ölkəmizin regionlarında da təhsil sistemi yeni strukturda formalaşır, modern maliyyələşmə və hesabatlılıq tətbiq edilir. Təhsili stabilləşdirmək və dinamikliyini təmin etmək məqsədi ilə yeni dövlət fondları yaradılır, məktəblər pasionallaşdırılır, müasir şəbəkələr proqnozlaşdırılır və təhsildə nəzarətin beynəlxalq təcrübəsindən bəhrənələrək təhsil müəssisələrində özünüaudit metodları tətbiq olunur. Pedaqoji idarəetmədə ictimai xarakterinin güclənməsi mühüm göstəricilərindən biridir.
Bəzi mütəxəsislər təhsildə ictimai xarakterli idarəetmə dedikdə, yalnız qeyri-dövlət tədris müəssisələrini nəzərdə tutur. Bu, əsla belə deyildir. Müxtəlif tip qeyri-dövlət tədris müəssisələrinin, universitetlərin, gimnaziyaların, liseylərin, kolleclərin, ayrı-ayrı fənləri dərindən öyrədən təhsil müəssisələrin maliyyələşmə sistemi və ya metod-üsul baxımından müxtəlifliyi ola bilər. Lakin dövlətin təhsil siyasətindən, «Təhsil Qanunu»ndan kənarda ola bilməz. Dövlət-ictimai xaraktetli idarəetmə ölkədə mövcud olan bütün məktəblərə şamil olunur.
Bu gün təhsilin idarə olunmasında sadaladığımız prinsipləri həyata keçirmək üçün məktəb rəhbərinin özü də daima öyrənməli, yenilikləri işinə gətirməkdən çəkinməməlidir. Müasir dünyanın insanları 7/24 prinsipi ilə öyrənirlər. Təhsil müəssisələri isə başlıca mənbələrdən biridir. Məktəb oxu, riyaziyyat, təbiət, məişət, texnologiya, ümumi İKT və peşəkar biliklər verir. Müəllimlər öyrətmə prosesini şagirdin öyrənmə tələbatlarına uyğunlaşdırırlar. Bir sözlə, məktəb öyrənən icmadır. Burada hamı stiuasiyadan asılı olaraq həm öyrənir, həm də öyrədir.
Təhsildə uğur qaznmanın yeganə vasitəsi pedaqoji idarəetməyə düzgün yanaşmadır.Təhsildə idarəetmə prinsiplərinə əməl olunarsa, məktəbdə istənilən sahəsində nailiyyət əldə etmək olar. Birinci növbədə idarəedənlər yenidən formalaşmalı, innovasiyalara geniş yer verməli, islahatçi olmalıdırlar. Məktəb direktoru intellektli, işgüzar, müasirliyə can atan, təşəbbüskar olmalıdır. Rəhbər qarşısında qoyulan tələblərə çevik idarəetmə metodu ilə yanaşmalıdır. Onun yeni pedaqoji texnologiyalara bacarıqla yiyələnməsi həyati zərurətdir.
Müasir məktəb direktoru idarəetmənin koordinatoru kimi proqnozlaşdırma, planlaşdırma və təşkiletmə bacarıqlarına malik olmalıdır. İdarəetmədə münasibətlər başlıca rol oynayır. Müasir təhsil sistemlərinin xüsusiyyətləri əlaqələrə tam uyğun gəlməlidir. Pedaqoji idarəetmənin hər bir regionda formalaşdırarkən onun iqtisadi, maliyyə, pedaqoji, metotoloji sahələri üzrə tarazlı inkişaf tələbləri ziddiyyət təşkil etməməlidir.
Ş.H.Qəribov, İ.M. Əsədova