Metodika

HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

  • Admin
  • 24-mar-2024, 14:05
  • 1 Baxış


 GIRIŞ
Azərbaycanda Təhsil islahatlarının yeni mərhələsi başla¬yır.” Azərbaycan 2020: gələcəyə baxış”  inkişaf konsepsiyasında 2013-cü ildən etibarən, bütün sahələrdə olduğu kimi, təhsildə də ciddi quruculuq işlərinin aparılması barədə müddəalar irəli sürülür. Bu konseptual fikirlər "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində daha da konkretləşdirilərək strateji hədəflər kimi müəyyən  olunmuşdur. Orada yeni məzmunun, resurs sisteminin, idarəetmə, mailiyyə və infrastruktur məsələlərinin, xüsusi ilə də pedoqoji kadr hazırlığı məsələlərinin həll olunması xüsusi olaraq müəyyən olunmuşdur.
Bu gün təhsil islahatlarının daha uğurlu aparılmasında ağırlıq mərkəzi daha çox müəllimin üzərinə  düşdüyündən onun inkişafı istiqamətində hər hansı dəstəkverici tədbirlərin həyata keçirilməsi zəruri bir  məsələ kimi meydana çıxmışdır. Məlum məsələdir ki, müəllimin inkişafını təmin edən və bu günün təhsil müstəvisində onun fəaliyyətini qədərincə istiqamətləndirən vəsaitlərə ehtiyac yaranmışdır.
Əgər ali pedaqoji müəssisələrdə pedaqoji məzmuna innovasiyaların   gətirilməsindəki ləngimələri nəzərə alsaq,o zaman bu məsələnin daha dərin köklərə malik olması, boşluqların doldurulması  ehtiyacının yaranmasını aydın təsəvvür edə bilərik. Vəsaitin də meydana gəlməsi məhz bu səbəblə bağlı olmuşdur.
Vəsait hazırlanərkən müəllimlərin bu gün  daha çox ehtiyac duyduğu məsələlərin kommentariya  formasında izahına diqqət yetirilmişdir. Bu zaman son dövrlərdə təhsil proqramları (kurikulumlar) barədə aparılmış  araşdırılmalara istinad  olunmuşdur.
Materialların şərh olunmasında  yığcam və mənalı məzmun təqdim et¬mək  cəhdi gözlənilmişdir. Bundan əlavə, təlim strategiyaları məsələlərin seçilməsində məqsəd məzmunun qiymətləndirilmə mexanizm-lərinin bu tip biliklərə ehtiyacının yaranmasından irəli gəlmişdir.
Bundan əlavə, vəsaitdə qiymətləndirilmə vasitələrinə dair nümunələr də öz əksinin tapmışdır. 
Ümidvarıq ki, müxtəlif araşdırlmalara əsasən tərtib olunan bu vəsait müəllimlərimizin müasir pedaqoji məsələlərə yiyələnməsində əhəmiyyətli rol oynayacaqdır. Vəsait barədə öz fikrini söyləyən hər kəsə əvvəlcədən təşəkkürümüzü bildiririk.
                                       KURİKULUM  ANLAYIŞI  BARƏDƏ
Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.
 Kurikulum (curiculum)latın sözü olub, lüğəti mənası "kurs, elm, yol, qaçış, istiqamət” deməkdir. Curiculum sözünə ilk dəfə Leyden (1582-ci il) və Qlarqo (1633-cü il) şəhərlərinin universitetlərinin sənəd¬lərində rast gəlinir. 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır. 
İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmişdir. 1970-ci illərdən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda bu termindən keçən əsrin 90-cı illərinin sonundan  başlayaraq istifadə olunur. 
Kurikulum islahatları Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış ilk kredit sazişi əsasında başlayıb. 15 iyun 1999-cu il tarixində "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”  təsdiq olunmuşdur.
 
HƏMKARA DƏSTƏK I kitabından


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?