Metodika

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

  • Admin
  • 24-mar-2024, 15:27
  • 42 Baxış


Son günlər məktəblərimizdə şagird naliyyətlərinin qiymətləndirilməsi ilə bağlı mövzu yenidən gündəmə gəlib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsilin dövlət standartları və proqramları (kurikulumları)” və 13 yanvar 2009-cu il tarixli, 09 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” əsasında fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılmasını müəyyən edən, Azərbaycan Respublikası təhsil nazirinin 12 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə təsdiq edilmiş, Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə təlimata sonuncu dəfə 16 iyun 2016 ci ildə dəyişikliklər edilmişdir.
Həmin təlimata əsasən ölkədə olan ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmə diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (fəaliyyətin qiymətləndirilməsi), summativ (kiçik, böyük və yekun) qiymətləndirmələrdən ibarət olaraq tətbiq edilir.
Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyən- ləşdirməklə müəllim üçün şagirdlərin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir.
Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqlara nail olması üçün onun fəaliyyətini izləmək məqsədi ilə aparılır.
Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (tədris vahidinin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyətini qiymətləndirmək məqsədilə aparılır.
Məlum təlimata əsasən diaqnostik qiymətləndirmə müəllim üçün təlim strategiyasını müəyyənləşdirməyə xidmət edir. Bir qayda olaraq, təhsil səviyyəsinin, dərs ilinin, tədris vahidlərinin əvvəlində sinifdəki şagirdlərin bilik və bacarıqları, eyni zamanda şagird bir ümumi təhsil müəssisəsindən digərinə gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, şagirdə fərdi yanaşmanı təmin etmək məqsədilə aparılır.
Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimi tərəfindən müəyyənləşdirilir və aparılır.
Diaqnostik qiymətləndirmə vasitələri bir qayda olaraq, standartlar üzrə əldə olunmuş bilik və bacarıqlar əsasında hazırlanır (ibtidai təhsil səviyyəsinin birinci sinfində dərs ilinin əvvəli istisna edilməklə).
Diaqnostik qiymətləndirmə məqsədinə uyğun olaraq iki formada keçirilir:
davamlı və qısamüddətli.
Davamlı diaqnostik qiymətləndirmə, adətən, təhsil səviyyəsinin və dərs ilinin əvvəlində bir neçə dərsin müəyyən hissəsində aparılır.
Davamlı diaqnostik qiymətləndirmənin məqsədi sinifdəki şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini öyrənməkdir.
Davamlı diaqnostik qiymətləndirmədə müəllim şagirdin bilik və bacarıqlarının daxil olduğu inkişaf sahələrini (idraki, fiziki, sosial-emosional, hərəki) öyrəndiyinə görə daha çox müşahidə üsulundan və bu üsulu reallaşdıran vasitədən – müşahidə cədvəlindən istifadə edir.
Şagird haqqında daha ətraflı məlumat toplamaq üçün valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq üsulundan və sorğu vasitələrindən istifadə edilir.
Qısamüddətli diaqnostik qiymətləndirmə, adətən, tədris vahidlərinin əvvəlində bir dərsin müəyyən hissəsində aparılır.
Qısamüddətli diaqnostik qiymətləndirmənin məqsədi şagirdin fənn üzrə zəruri bilik və bacarıqları haqqında məlumat toplamaqdır.
Qısamüddətli diaqnostik qiymətləndirmədə müəllim şagirdin hər hansı bir bəhs və bölmə üzrə bilik və bacarıqlarını yoxladığına görə tapşırıqvermə, müsahibə, layihə kimi qiymətləndirmə üsullarından və müvafiq olaraq çalışma, şifahi sual-cavab, təqdimat vasitələrindən istifadə edir.
Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, yazılı qeydlər sinif və şagird portfoliosunda saxlanılır.
Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir.
Fənni tədris edən müəllim formativ qiymətləndirmə aparmaq üçün məzmun standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir. Qiymətləndirmə meyarları birbaşa məzmun standartlarından çıxarılarkən məzmun kənarda qalmamalıdır, çünki məzmun standartlarındakı fəaliyyət konkret dərs mövzusu üzərində icra olunur. Məsələn: IV sinif Həyat bilgisi fənni üzrə "2.4.2. Hüquq və vəzifələri barədə kiçik təqdimatlar edir”, "1.4.2. Ekologiyanın qorunması ilə bağlı kiçik təqdimatlar edir” standartlarında təqdimetmə bacarığının izlənilməsi zəruriləşir. Bu bacarıq yuxarıdakı standartların məzmununa uyğun olaraq, müxtəlif dərslərdə "Ekologiya” və ya "Uşaq hüquqları və vəzifələri” mövzuları üzərində icra olunur. Nəticədə formativ qiymətləndirmə zamanı müəllim şagirdlərin standartlarda tələb olunan bacarıqlara yiyələnməsi üçün onların fəaliyyətini konkret mövzular üzrə izləməyə müvəffəq olur.( müəllim əvvəlcədən hazırladığı qiymətləndirmə meyarları əsasında şagirdlərin müşahidə oluna biləcək fəaliyyət səviyyəsini zəif, orta, yüksək olmaqla qruplaşdırmalı və şagirdin adının qarşısında fəaliyyətinə uyğun müvafiq qeydlərini yazmalıdır. Formativ qiymətləndirmədə müəllim əvvəlcədən proqnozlaşdırmadığı və dərs prosesində müşahidə etdiyi fəaliyyətləri də uyğun ifadələrlə təsvir edə bilər.)
Eyni bir standart dərslikdəki bir neçə mövzu ilə reallaşdığına görə həmin standartlardan çıxan qiymətləndirmə meyarları növbəti müvafiq dərslərdə də istifadə edilir.
Formativ qiymətləndirmə zamanı müşahidə üsulu və müşahidə vərəqləri vasitəsindən, müsahibə üsulu və şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi vasitəsindən, yazı üsulu və yazı işləri, imla, inşa, esse, ifadə, məsələ, misal həlli vasitəsindən, oxu üsulu və mətnlər vasitəsindən, layihə üsulu, ayrı-ayrı şagirdlərin və ya qrupların hazırladığı təqdimat vasitəsindən istifadə olunur.
Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, nəticələr formativ qiymətləndirmə jurnalı və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, "mənimsəyir”,"mənimsəmir”, "bilir”, "bilmir”, "yaxşı”, " orta”, "zəif” və digər bu kimi ifadələrdən istifadə olunmur.
Müəllim formativ qiymətləndirmədə şagirdin fəaliyyətini bütün dərs boyu izləyir, nəticələri yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxt ayırır.
Eyni bir standart bir neçə dərsdə reallaşdığına görə formativ qiymətləndirmə zamanı jurnalda şagirdin adının qarşısında hər dərsdə qeydlərin olması mütləq deyil.
Sinif iki yarımqrupa bölündükdə həmin fənn müəllimləri hər bir şagirdin fəaliyyəti barədə qeydləri onun hansı yarımqrupda olmasından asılı olmayaraq, adının qarşısında yazır.
Formativ qiymətləndirmə jurnalındakı qeydlər məktəbli kitabçasında da yazılır.( Mühakimə yürütməkdə çətinlik çəkir.Mühakimələri mətndəki əsas fikri qismən əhatə edir.Əsas fikirlə bağlı sərbəst mühakimə yürüdə bilir.Fikirlərini müəllimin və yoldaşlarının verdiyi sualların köməyi ilə ifadə edir.Faktları dəqiq olmasa da, sərbəst fikir söyləyir.Fikirlərini dəqiq fakt və nümunələrlə əsaslandırır. Əyani vəsaitlərin köməyi ilə təsvir edir.Əyani vəsaitlərin köməyi ilə izahlı təsvir edir.Nümunələr qurmaqla izahlı təsvir edir. Faktları sadalayır, mahiyyətini izah edə bilmir.Faktların səciyyəvi xüsusiyyətlərini mətn əsasında təqdim edir, nitqi rabitəli deyil.Nümunələrə əsaslanmaqla sərbəst təqdimat edir və s)
Summativ qiymətləndirmə kiçik, böyük və yekun olmaqla üç yerə ayrılır. Summativ qiymətləndirmə sinfin bütün şagirdləri üçün eyni vaxt ərzində eyni çətinlik dərəcəsinə malik olan qiymətləndirmə vasitələri ilə aparılır. Summativ qiymətləndirmənin aparılması üçün vaxt sualların sayına uyğun olaraq müəllim tərəfindən müəyyənləşdirilir.Qiymətlər şagirdin tapşırıqlara verdiyi düzgün cavabların sayına uyğun müəyyənləşdirilir. Sualların ümumi sayının 10%-nə qədər düzgün cavab verən "1”, 10% daxil olmaqla 20%-nə qədər düzgün cavab verən "2”, 20% daxil olmaqla 50%-nə qədər düzgün cavab verən "3”, 50% daxil olmaqla 80%-nə qədər düzgün cavab verən "4”, 80% daxil olmaqla 100%-nə qədər düzgün cavab verən şagird "5” qiymətlə qiymətləndirilir.
Summativ qiymətləndirmə şagird nailiyyətinin rəsmi qiymətləndirilməsidir və nəticələr 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər sinif jurnalına yazılır.
Göründüyü kimi söhbət 5 ballıq qiymət şkalasından getsədə əslində 4 ballıq şkala üzrə qiymətləndirmə aprarılır 
( 1 yazılmır )...
Qeyd edim ki, mövcud qiymətləndirmə sistemi məktəblərimizə tətbiq olunan gündən məktəbin bə müəllimin nüfuzuna ciddi zərbə dəydi,məktəblərdə "summativ pulu","printer pulu ",rəng pulu",kağız pulu" , "fayl pulu","papka pulu" və s. kimi müxtəlif "vergilər",yığımlar meydana gəldi ki, məktəblərimizə inam ,etibar itdi.Müəllimlərimizin ictimai nüfuzuna ciddi xələl gəldi,müəllimə olan hörmət ,ehtiram aradan qalxdı...Bununla belə şagird naliyyətlərinin doğru qiymətləndirilməsi də mümkün deyil.BSQ-lər zamanı 6-7 yaşlı uşaqların stresləri , kütləvi kğçürmə halları, məktəblər üzrə kütləvi pul toplanması ...sadalamaqla bitmir...
Mövcud qiymətləndirmə sisteminin təhsilimizə vurduğu zərbədən çox danışmadan ,müxtəlif ölkələrdə ümumtəhsil pilləsində qiymətləndirmə sistemi haqqında məlumat vermək istəyirəm ...Müqaisəni isə dəyərli oxucular və izləyicilər özləri etsinlər....
 
 


İlk növbədə MDB ( possovet ) ölkələrində qiymətləndirmə şkalaları ilə tanış olaq....
Rusiya Federasiyasında Azərbaycan Respublikasında olduğu kimi 1944-cu ildən indiyədək o zamankı SSRİ hökümətinin Xalq Komissarları Sovetinin qərarı ilə 5 ballıq qiymət şkalasından istifadə olunur:
5-Şagird proqram materiallarını mükəmməl bilir,suallara şüurlu,düzgün,mükəmməl cavab verir,əldə etdiyi bilikləri praktik olaraq istifadə edə bilir,şifahi və yazılı cavablarda ədəbi dildə səhv buraxmır.
4-Şagird tələb olunan materialları bilir,mənimsəyir, əldə etdiyi bilikləri praktik olaraq istifadə edə bilir,şifahi cavablarda ədəbi dildə ciddi səhvlər buraxmır,yazılı cavablarda kiçik səhvlər buraxır.
3-Şagird proqram materiallarını qismən mənimsəyir, biliklərin təcrübədə tətbiqi zamanı bəzi çətinliklər çəkir və müəllimin köməyi ilə onları aradan qaldırır. O, şifahi cavablar və nitqin qurulmasında ,materialın ifadə zamanı səhvlərə yol verir. O ,yazı işlərində səhv edir.
2- şagird proqram materialının böyük hissəsinin bilmir, bir qayda olaraq, yalnız müəllim köməyi ilə məsələləri həll edir , inamsız cavab verir. O ,yazı işlərində tez-tez və kobud səhvlərə edir.
1- Rusiyada 1 bal yoxdur.Əgər şagird 1 alırsa bu o deməkdir ki,proqram materiallarını tam bilmir.
Rusiyada sovet dövründə olduğu kimi tədris ili 1 sentyabrda başlayır ,25 mayda bitir və 4 rübə bölünür.
Rusiya məktəblərində müəllimlər formal olaraq ( gündəliklərə yazarkən )aşağıdakı qiymət şkalasından istifadəə edirlər ki, bunun da əsas səbəbi ,mövcud qiymətləndirmə sisteminin şagirdlərin bilik və bacarıqlarının qiymətləndirməsi üçün yetərli olmamasıdır.
5-90 %-100%-ə qədər doğru cavablar oldurda ;
Mənfi 5 - 85 %-90%-ə qədər doğru cavablar olduqda ;
4 - 70 %-85%-ə qədər doğru cavab olduqda;
Mənfi 4- 65 %-70%-ə qədər doğru cavab olduqda ;
3-50 %-65%-ə qədər doğru vaba olduqda;
Mənfi 3- 45 %-50% -ə qədər doğru cavab olduqda;
2- 30 %-45%- qədər doğru cavb olduqda ;
Mənfi 2-doğru cavablar 30 %-dən aşağı olduqda.
Rəsmi qiymətləndirmə apararkən isə ( sinif jurnalına yazarkən ) mənfi qiymətlər yazmaq mümkün olmadıqda qiymətləndirmə faiz nisbətinə görə dəyişir.
Bu zaman :
5- 90 %-dən 100%-ə qədər doğru cavlar olduqda;
4- 70 %-dən 90%-ə qədər doğru cavablar olduqda;
3- 50 %-dən 70 %-ə qədər doğru cavablar olduqda;
2- doğru cavabların sayı 50 %-dən aşağı olduqda yazılır.
Rüblük və illik qiymətlər rüb ərzində və ya rüblüklərdə alınmış yekun qiymətlərin ədədi ortasına nisbətinə görə çıxarılır.
Ukrayna Respublikasında ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin qiymətləndirməsində 2000-ci ildən yeni sistem 12 ballıq qiymət şkalası tətbiq olunur ki , bu qiymət şkalası da 4 səviyyəyə bölünür:
10-12 balı əhatə edən IV- yüksək səviyyə- Şagirdin biliyi, dərin, sistemli ,möhkəmdir. Şagird tapşırığı yerinə yaradıcı olaraq yetirə bilir, o, faktları və hadisələri qiymətləndirməyi bacarır, öz şəxsi mövqeyini müdafiə etmək və göstərmək bacarığı ilə seçilir.
7-9 balı əhatə edən III- kafi səviyyə. Şagird tədris proqramlarını əlaqələndirməyi , anlayışların, hadisələrin mühüm əlamətlərini bilir, əsas qanunauyğunluqları izah edə bilir, eləcə də standart vəziyyətlərdə biliklərini müstəqil şəkildə istifadə edir, əqli əməliyyatlar aparmağı (təhlil, müqayisə və ümumiləşdirmə) bacarır. Cavabları düzgün, məntiqi cəhətdən əsaslandırılmış olsa da , lakin şagird tam olaraq mülahizələrini çatdıra bilmir.
4-6 balı əhatə edən II-orta səviyyə. Şagirdi əsas tədris materialını mənimsəyir və tədris proqramlarına aid tapşırıqları yerinə yetirməyə qadirdir, bacarıqlara malikdir.
1-3 balı əhatə edən I-ilkin səviyyə.Şagird tədris proqramlarını mənimsəməyə çətinlik çəkir,suallara yarımçıq cavab verir,bilik və bacarıqları ilkin 9aşağı ) səviyyədədir.
Ukraynada qiymətləndirməni araşdırarkən yadıma 1997-2000 ci illərdə ölkəmizdə seçmə üsulla 10 rayonda 9 ballıq qiymət şkalasının tətbiq olunduğu vaxtlar düşdü. 1998-2002-ci illərdə Lənkəran rayonunun Zamanov adına Ürgə kənd tam orta məktəbində işləyərkən ,o zaman 10 rayondan biri kimi seçilmiş Lənkəran rayonunda da həmin qiymət şkalası ilə işləmək mənə də qismət oldu.
Doğrusu ilk aylarda 5 ballıq qiymət şkalasına öyrəşmiş keçmiş təhsilalan və , yeni müəllim kimi öyrəşmək çətin oldu. Amma etiraf edim ki, 5 ballıq qiymət şkalasından qat-qat ədalətli bir qiymətləndirmə sistemi idi.
Çox təəsüf ki,onu tətbiq edənlər günlərin birində tapşırıq verdilər ki, bütün pedaqoji kollektivlərdə "xüsusi” iclaslar keçirilsin və müəllimlər yazılı şəkildə 9 ballıq qiymətlindirməyə etiraz edərək ,yazılarını mərkəzə göndərsinlər. Səhv etmirəmsə ,2001-ci ildən həmin 9 ballıq qiymətləndirmə sistemi ləğv olundu.Təəsüf.......
 

 

                                                                  Hərflərlə qiymətləndirmə 
Dünyanın bir çox ( hətda iqtisadiyyatı və təhsil sistemi inkişaf etmiş ) ölkələrində ümumtəhsil məktəblərində şagirdlərin qiymətləndirməsi rəqəmlərlə deyil , hərflərlə aparılır.
Hərflərlər qiymətləndirilərkən " A”,” B”,” C”,” D” hərfləri yüksəkdən aşağıya doğru ardıcıllıqla gəlir. "E” və "F” qeyri-kafi kimi dəyərləndirilir.
Qiymətləndirmə aparılarkən hərflərin ardıcıllıqlı düzülüşündə vahid normalar yoxdur. Bu sistemdən istifadə edən hər bir ölkədə ardıcıllıq müxtəlifdir.”F” (fail) –uğursuzluq, "N” (nocredit)-qeyri-kafi, "U”(unsatisfactory)-qeyri qənaətbəxş deməkdir.
"A-B-C-D-E/F” əsas variant kimi Honkonq, İndoneziya, Afqanıstanda, Cənubu Koreyada yalnız ümumtəhsil məktəblərində,Braziliyanın bir çox məktəblərində və Birləşmiş Ərəb Əmirliyinin ali məktəblərində tətbiq edilir.
Estoniya ,İsveçrə,Norveçdə "E” aşağı keçid həddi ,”F” isə qeyri qənaətbəxş sayılır.Qazaxıstan,Keniya,Kanada,Malaziya, Monqolustan, Pakistan ,Səudiyyə Ərəbistanı və Tailandda bu hərflə qiymətləndirmə şkalası daha da genişləndirilərək,hər hərifə mənfi və müsbət hərflərdə əlavə olunub.
Buna baxmayaraq yenə də bu ölkələrin hamısında qiymətləndirmə şkasılalrı üst –üstə düşmür. Məsələn Malaziyada "B” qiyməti ilə yanaşı "-B” və "+B” olduğu halda Monqulustanda "B”-nin mənfi və ya müsbəti yoxdur.
Bəzi ölkələrdə cəmi 1-2 hərfə mənfi və ya müsbət əlavə olunur. Məsələn qonşu İran İslam Respublikasının məktəblərində "A+, A, B, C, D, E/F”, Yaponiyada "AA/T, A, B, C, E/F”,Pakistanda "A1, A, B, C, D, E, F”,qiymətləndirmə şkalaları tətbiq olunur.
Sinqapurda yuxarı siniflərdə ( tam orta təhsil səviyyəsində ) qiymətləndirmə şkalası 9 hissəyə bölünüb .(A1, A2, B3, B4, C5, C6, D7, E8, F9).
İrlandiyada qeyri-kafi 3 qiymət var. "E”, "F”и "NG”-sonuncu qiymət ("NG”) ən passiv şagirdə verirlər.
Hindistanda "O, A+, A, B, C, D, E, F» и «S, A, B, C, D, E, U” qiymətlərindən istifadə olunur.”U” yalançı və belə deyək şuluq ( dələduz) uşaqlara verilir.
ÇİN Xalq Respublikasındə ali məktəblərdə təqribən belə qiymətləndirmə sistemi mövcuddur.
Rumıniyada ibtidai təhsil səviyyəsində "FB-B-S-I”,Avstraliyanın ali məktəblərində "HD-D-Cr-P-F” və "H1-H2A-H2B-H3-P-N” şkalalarından istifadə olunur.
Uruqvayda isə ibtidai təsil səviyyəsində "S-SMB-MBS-MB-MBB-BMB-B-BR-RB-R-D” kimi böyük bir qiymətləndirmə şkalasından istifadə olunur. "Sobresaliente” (əla), «muy» (çox yaxşı), «bueno» (yaxşı), «regular» (kafi) и «deficiente» (qeyri-kafi).Əla-çox yaxşı (S-MB) və ya çox yaxşı -əla ( MB-MBS) fərqli qiymətlərdir. 
 
Dediyimiz kimi 5 ballıq sistem dünyada yeganə qiymətləndirmə sistemi deyil ,6 baldan başlayaraq 100 bala qədər ,hətdə hərfli qiymətləndirmə sistemləri də mövcuddur.
Latviya,Moldaviya,Albaniya,Ermənistan,İslandiyada,Ruminiya,Finlandiya( burada 4-dən aşağı qiymət yazılmır)Lixteşteyn,İsrail,Veytnamda 10 ballıq qiymətləndirmə sistemləri mövcuddur. 
 
Həmin ölkələrdə qymətləndirmə şkalası  müəyyən  səviyyələr üzrə bölünür .Məsələn Moldaviya ,Puminiya ,Lixteşteyndə :
10 (Əla)
9 (Çox yaxşı)
8 (yaxşı)
6-7 (Orta)
5 (Kafi)
1-4 (Qeyri-kafi) kimi qiymətləndirilir.
Latviyada :
10Izcili ( Çox gözəl)
9Teicami   (Əla)
8Ļoti labi( Çox yaxşı)
7Labi(Yaxşı)
6Gandrīz labi(demək olar ki ,yaxşı )
5Viduvēji(orta)
4Gandrīz viduvēji(demək olar ki,orta)
3Vāji( zəif)
2Ļoti vāji( çox zəif)
1Ļoti, ļoti vāji(çox-çox zəif)
n.v.Nav vērtējuma(qiymətləndirilmir) kimi qiymətlər verilir.
 
Ruminiyada : 
10 (Əla)
9 (Çox yaxşı)
8 (yaxşı)
6–7 (normal)
5 (kafi)
1–4 (qeyri-kafi)
 
Finlandiyada:
10 (Əla) – bu qiyməti şagirdlərin cəmi 5% -i ala bilir. 
9 (çox yaxşı)
8 (yaxşı)
7 (kafi)
6 (qismən kafi)
5 (keçid minumumu)
4 (qeyri kafi) qiymətlərlə qiymətləndirilir.
 ( Ardı var .....)
Elşən Qafarov  Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru
 


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?