Kitabxana

Müdrikliyə gedən yol- Kitabxanadan keçir...

  • Admin
  • 27-mar-2024, 18:56
  • 1 Baxış


Müdrikliyə gedən yol kitabxanalardan keçir. Çünki, bütün bilklərin mənbəyi kitabdır. Aqillərin gəldiyi yekdil nəticə də budur ki, dünya yaranandan insanlar kitabdan yaxşı heç nə kəşf etməyiblər! Lənkəran Dövlət Universiteti tələbələrinin əldə etdikləri təhsil uğurlarında da LDU-da fəaliyyət göstərən elmi kitabxananın əhəmiyyətli rolu danılmazdır.


Məlumat üçün deyək ki, Lənkəran Dövlət Universitetinin Elmi kitabxanası universitet yarandığı vaxtdan, 1992-ci ildən fəaliyyət göstərir.

 

Kitabxana təhsil və informasiya funksiyalarını yerinə yetirən müəssisə kimi tədris prosesini, müəllim və tələbələrin elmi-pedaqoji fəaliyyətini kitabxananın fondunda olan ədəbiyyat və başqa materiallarla təmin etməklə, universiitetin kadr hazırlığında yaxından iştirak edir. Hal –hazırda Elmi kitabxanaya digər bir status da əlavə edilib. Belə ki, kitabxana İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin nəzdində fəaliyət göstərir. Məlumat üçün deyək ki, Elmi kitabxananın fondu 81000 nüsxə təşkil edir. Bunlardan 53935 nüsxəsi kitab, digərləri isə notlar, albomlar, xəritələr, disklər, metodik vəsait və tövsiyyələr, proqramlar, avtoreferatlar, dissertasiyalar, müxtəlif mövzulu kataloqlar, elmi əsərlər, xarici ölkələrdə və ölkə universitetlərində nəşr olunan elmi xəbərlər və sair materiallardır. Kitablar azərbaycan, rus, türk, ingilis, fransız, alman və s. dillərdədir. Fond Universal Onluq Təsnifatına uyğun olaraq düzülüb.


Universitet geniş profilli olduğu üçün, kitabxanada oxuculara göstərilən xidmət də fərqlidir. Hər gün səhər saat 8.30-dan 17.30-a kimi oxuculara xidmət işi abonement və oxu zallarında həyata keçirilir. Xidmət işinin daha səmərəli təşkili üçün əlavə olaraq fakultələrdə də oxu zalları fəaliyyət göstərir.


Kitabxana bölməsinin rəhbəri Elazə Əhmədovanın bildirirdiyinə görə,kitabxanaya 2017-ci ilin ilk altı ayı ərzində 555 adda 1785 nüsxə yeni ədəbiyyat daxil olub.Eyni zamanda, kitabxanaya Ankara Dövlət Universitetində nəşr olunan dərgilər, Bakı Dövlət Universitetinin, AMEA -nın "Xəbərlər” toplusu, bundan başqa Azərbaycan Respublikası Prezident Aparatı, Təhsil Nazirliyi, Statistika Komitəsi, Nazirliklər və müəlliflər tərəfindən ölkəmizin təhsil, iqtisadi, siyasi və sosial sahələrdəki uğurlarını əks etdirən kitablar, foto-albomlar, digər sənədlər göndərilir.


Azərbaycan Respublikası prezidenti İlham Əliyevin "Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı və "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007- ci il 24 avqust tarixli sərəncamı ilə nəşr olumuş ,habelə, Heydər Əliyev fondu tərəfindən nəşri həyata keçirilən bir çox ədəbiyyatlar, lüğətlər, ensiklopediyalar kitabxana fondunun zənginləşməsində böyük əhəmiyyət kəsb edir.


Amma bununla yanaşı,kitab fondunun yenilənməsinə,yeni dərslik və ədəbiyyatlarla zənginləşdirilməsinə daim ehtiyac duyulur.LDU-nun tələbələri bir çox dərsliklərin, dünya ədəbiyyatına,politologiyaya aid kitabların yoxluğundan,bəzi dərs vəsaitlərinin isə azlığından narahatlıqlarını dilə gətirdilər.Kitabxana rəhbərliyi tələbələrin haqlı olduğunu,universitet rəhbərliyinin bu istiqamətdə intensiv fəaliyyət göstərdiyini bildirdi.

 

Qeyd edək ki, kitabxananın xidmətindən təkcə LDU-nun professor-müəllim-tələbə heyəti deyil, həmçinin bölgədə yaşayan və elmi-tədqiqat işi ilə məşğul olanlar, habelə, digər universitetlərdə qiyabi təhsil alan tələbələr və kollec tələbələri də istifadə edirlər. 

 

Oxu zalında Ulu Öndər Heydər Əliyevə həsr edilmiş daimi kitab sərgisi təşkil edilib. Universitetdə hər il ənənəvi olaraq keçirilən Ulu Öndərə həsr olunmuş konfranslarda, dövlət bayramlrında kitabxana geniş kitab sərgiləri ilə iştirak edir.

 

Kitabxana bölməsinə 20 ildən artıqdır ki, Bakı Dövlət Universiteti kitabxanaçılıq-informasiya fakultəsinin məzunu, təcrübəli mütəxəssis Elazə Əhmədova rəhbərlik edir. O, 1999-cu ildə qeyri-hökumət təşkilatlarının universitetlər arasında keçirtdiyi qrand müsbiqəsində iştirak edərək "Poliqrafiya və nəşriyyat işi”layihəsinin qalibi olub. Ayrı-ayrı illərdə universitet rəhbərliyi, 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri-fərmanla təltif edilib.


Esmira İsmayılova



LDU-nun mətbuat xidmətinin rəhbəri




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?