Psixoloq

Konvergent və Divergent təfəkkür nədir?

  • Admin
  • 28-mar-2024, 12:11
  • 16 Baxış


Təfəkkürün bu formalarının adına G.Gilfordun 1967-ci ildə yaratdığı idrak taksanomiyasında rast gəlirik...
Belə ki,G.Gilford öz taksanomiyasında idraki  inkişafı aşağıdakı mərhələlərə bölmüşdür:
1. Tanımaq
2. Yadda saxlamaq
3. Konvergent istifadə etmək
4. Divergent istifadə etmək 
5. Qiymətləndirmək
Bölgüdən də göründüyü kimi Tanımaq və yadda saxlamaq ilkin mərhələlər olmaqla hafizəyə əsaslanır.
Konvergent istifadə etmək məntiqi təfəkkürə,divergent istifadə etmək isə Yaradıcı təfəkkürə əsalanır.
Qiymətləndirmə digər idrak taksanomiyalarında olduğu kimi Tənqidi təfəkkürün inkişaf səviyyəsi kimi meydana çıxır...
O zaman baxaq görək Konvergent və Divergent təfəkkür nədir?
Konvergent təfəkkür- Məntiqi,xətti,ardıcıl təfəkkür olmaqla özündə sürətli,məntiqi və dəqiq düşünmə xüsusiyyətlərini əks etdirir...
Bu təfəkkür formasında problemin həlli yalnız bir yoldan istifadə etməklə həll olunur ki,bu yol da bəsit və dəfələrlə sınanmış yoldur...
Buna görə də bu təfəkkür formasında qeyri-müəyyənliyə yer yoxdur...
 Təhsil mütəxəssisi  Elşən Şükür Şəmmədli




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?