Azərbaycanda məktəbli qızlar arasında abort faktları yenə də qalmaqdadır.
AzTehsil.com xəbər verir ki, Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, 2018-ci ildə 15-17 yaşlı məktəbli qızlar arasında abortların sayı 40 nəfər təşkil edib.
Təhsil eksperti Kamran Əsədov sayta açıqlamasında bildirib ki, 2009-cu ildə qəbul edilən təhsil haqqında qanuna görə, 6 yaşından 17 yaşına qədər bütün şagirdlər icbari təhsil almalıdırlar.
Söhbət zamanı Kamran Əsədov bir maraqlı məqama da toxunaraq bildirdi ki, valideynlərimizin yalnız 17 faizi ali təhsilə sahibdir. 83 faiz valideyn isə orta təhsilli sayılır.
Onlar inkişaf dövrlərində övladlarına dəstək ola bilmirlər. Bu da onların məlumatsız olmasından irəli gəlir.
Bu kimi problemlərin aradan qaldırılması üçün orta ümumtəhsil müəssisələrimizdə biologiya, anatomiya, eyni zamanda həyat bilgisi fənlərinin daxilində şagirdlərə cinsi mövzuda məlumat verilsin.
Bu məlumata sahib olan şagird öz bədənini tanıyacaq və gələcəkdə cinsi istismara məruz qalmayacaq.
Təhsil ekperti bu sahədə mütəxəssis çatışmazlığından da ciddi narahat olduğunu bildirib.
Hər bir orta ümumtəhsil müəssisələrində psixoloqların öhdəliyinə düşən əsas vəzifələrdən biri də budur ki, hər bir şagirdə fərdi qaydada izahlı şəkildə ətraflı məlumat verilsin.