Sağlamlıq

Səhiyyə Nazirliyi: “Qripin ağırlaşmalarından ölüm halları müşahidə edilə bilər”

  • Admin
  • 01-apr-2024, 15:19
  • 0 Baxış



“Payız-qış mövsümü ilə əlaqədar bir qayda olaraq hava-damcı yolu ilə ötürülən infeksiyalara yoluxma hallarında artımlar baş verir. Bu il də eyni hal təkrar olunur. Bu hal yaza doğru müəyyən dalğalarla özünü göstərəcək”.


Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.


O bildirib ki, hazırda bu infeksiyalarla xəstələnmə səviyyəsi əvvəlki illərlə müqayisədə bir o qədər də fərqlənmir. Eyni zamanda, pandemiya dövründən etibarən bu tip infeksiyalara diqqət artıb:


“KİV-lərdə belə mövzularda mütəmadi olaraq müxtəlif məlumatlar dərc olunduğundan əhali arasında müəyyən narahatlıqlar yaranır. Bu da əsassız fikir və nəticələrə zəmin yaradır. Bu infeksiyaların içərisində qrip əlverişsiz nəticələrinə görə öz əhəmiyyətini itirməyib, çünki hər il yeni ştammlar peyda olur və əhalinin yoluxma həssaslığı artır”.

O deyib ki, qrip infeksiyası zamanı xəstəliyin ağır və fəsadlı keçəcəyi risk qruplarına 5 yaşadək uşaqlardan başqa, hamilə qadınlar, ağır xroniki xəstəlikləri olan istənilən yaşda olanlar və ahıl şəxslər aiddirlər.


“Ona görə də, ilk növbədə bu şəxslər qripə qarşı peyvənd olunmalıdırlar. Qripin ağırlaşmalarından ölüm halları az da olsa, müşahidə edilə bilər. Bunun səbəbləri qrip zamanı inkişaf edən pnevmoniya, ensefalit və s. kimi fəsadlardır. Bu səbəbdən əhali diqqətli olmalı, xəstəlik ağır keçdikdə mütləq həkimə vaxtında müraciət etməlidir. Bütün sadaladığımız infeksiyalardan qeyri-spesifik qorunma yolları isə pandemiya dövründə öyrəndiyimiz qızıl qaydalardır ki, onlara da xəstələnmə hallarının artımı zamanı ciddi əməl etmək lazımdır”, - deyə həkim qeyd edib.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?