Sağlamlıq

Qucaqlaşmanın bilinməyən faydaları açıqlandı

  • Admin
  • 01-apr-2024, 22:09
  • 0 Baxış




“Bu, ilk növbədə, orqanizmdə oksitosin, endorfin və dofamin hormonlarının istehsalının sürətlənməsi ilə baş verir. Oksitosin bağlanma hormonu kimi tanınır. Stress hormonu kortizolun təsirini neytrallaşdırır. İnsan sakitləşir, narahatlığı keçir və özünü təhlükəsiz hiss edir. Oksitosin çatışmazlığı xroniki stressin formalaşmasında əlavə amillərdən biridir və bu, orqanizm üçün ən pis şərtlərdəndir”, - deyə Kalmurzina bildirib.


Endokrinoloq qeyd edib ki, oksitosin ürək və qan damarları üçün də vacibdir - bu hormon qan təzyiqinin aşağı düşməsinə təsir göstərir.


“Oksitosin istehsalı ilə yanaşı, qucaqlaşmalar bədəndə dopamin və endorfinin – müvafiq olaraq həzz və xoşbəxtlik hormonlarının istehsalını stimullaşdırır. Onların təsiri altında insan daha fəal olur, özünə güvənir və ətraf aləmə maraq göstərir. Serotonin və dopamin də qan damarlarının yumşalmasına, rahatlamasına kömək edir ki, bu da qan dövranını və bədəndə oksigen mübadiləsini sürətləndirir. Qan dövranının normallaşdırılması insan orqanizminin müxtəlif orqan və sistemlərinin qidalanmasını yaxşılaşdırmağa yardım edir”, - həkim izah edib.


Kalmurzina onu da əlavə edib ki, artan hormon istehsalının digər mühüm təsiri əzələlərin rahatlamasıdır. Ona görə də qucaqlaşdıqdan sonra əzələ ağrıları yox ola bilər. oxu.az




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?