Sağlamlıq

Cavanlıq bəxş edən TƏRƏVƏZin 10 FAYDASI

  • Admin
  • 01-apr-2024, 23:04
  • 0 Baxış



Lobya qədim zamanlardan yetişdirilir. Qədim Misirdə bu tərəvəz cavalıq mənbəyi sayılırdı və mətbəxdə geniş istifadə olunurdu.


XVI əsrdə ispan və holland dəniz səyyahları lobyanı Amerikadan Avropaya gətirib. Əvvəllər bu bitki Avropa qida üçün istifadə edilmirdi, lobyanın gözəl gülləri bağları bəzəyirdi. Yalnız uzun illər sonra lobya Avropanın mətbəxinə daxil olmağa başlayıb.


Lobya çox faydalı diyetik məhsuldur. Onun tərkibində B qrupu, A, E, C vitaminləri, müxtəlif minerallar (dəmir, sink, kalium, maqnezium, xrom və s.), qidalı liflər və s. var.


1. Lobya fitoestrogenlərlə zəngindir. Bu maddələr qadın cinsiyyət sisteminə çox müsbət təsir edir.


2. Azkalorili lobya qidalı liflərlə zəngindir ki, insanda tez toxluq hissi yaradır və insanı uzun müddət ərzində tox saxlayır. Bu səbəbdən lobya arıqlamaq istəyənlər üçün ən uyğun məhsullardan biridir.


3. Lobya şəkər xəstələri üçün də faydalı sayılır. Lobya qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.


4. Antioksidantlarla zəngin olan lobya əsl cavanlıq mənbəyidir.


5. Lobya həzm sisteminin fəaliyyətinə müsbət təsir edir - bağırsaqları "işlədir", qəbizliyin qarşısını alır.


6. Dəmir və fol turşusu ilə zəngin olan lobya qan sistemi üçün faydalıdır.


7. Lobya dəri, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır, dəridə iltihabları azaldır. Lobyadan çox effektli kosmetik maskaları hazırlamaq olar. Belə maskalardan birinin resepti: Lobya blenderdə əzilir, yulaf unu (üyüdülmüş gerkules) ilə qarışdırılır, təmiz üz dərisinə çəkilir. Belə maska dərini cavanlaşdırır, tonuslaşdırır, ağardır, iltihabları azaldır.


8. B qrupu vitaminləri ilə zəngin olan lobya sinir sistemini sakitləşdirir.


9. Lobyada olan aktiv maddələr ürək-damar sisteminə müsbət təsir edir - ürəyin ritmini tənzimləyir, ürək əzələsini möhkəmləndirir. Lobya qanda "pis" xolesterolun səviyyəsini aşağı salır, aterosklerozun inkişafının riskini azaldır.


10. Lobya sidikqovucu təsirə malikdir, böyrəkləri təmizləyir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?