Sağlamlıq

1 gün ac qalmaq orqanizmi cavanlaşdırır?

  • Admin
  • 01-apr-2024, 23:24
  • 0 Baxış




Köklükdən əziyyət çəkirsinizsə, həzm probleminiz varsa, bunun sadə müalicəsi üçün birgünlük ac qalmaq praktikasını sınamağa dəyər.


Məlumdur ki, qida bağırsaqlardan  2 gün ərzində keçir, bu səbəbdən, birgünlük ac qalmaq elə də əziyyətli proses deyil. Düzgün təşkil olunmuş pəhrizlə həzm sisteminin fəaliyyəti yaxşılaşır və bədənə zərər dəymir. Əksinə, çox faydalıdır.



Yeməkdən 1 günlük imtina. Faydalar


- Bu pəhrizi həftədə bir dəfə tətbiq etdikdə orqanizmdəki fövqəladə dəyişikliyi çox gözləməli olmayacaqsınız.


- Birgünlük ac qaldıqdan sonra səhəri gün güzgüdə əksinizə baxanda dəyişikliyi açıq-aşkar müşahidə edəcəksiniz. Dəri hamar və parlaq olacaq! Göz qapaqlarındakı torbalar və şişkinlik azalacaq.


- Bir gündən sonra bağırsaqlarda yığılmış bütün qida qalıqları tamamilə xaric olacaq. Həzm yolu saat kimi işləyəcək.


-Tərəzinin üstünə çıxın: 1 kq az göstərəcək. Təəccüblənmək lazım deyil, yalnız ertəsi gün çox yeyib bunun əvəzini çıxmaq olmaz. Uzunmüddətli müsbət nəticə üçün mütəmadi olaraq, həftədə bir dəfə ac qalın.


- Bununla orqanizmdə mübadilə prosesləri normaya düşəcək. Pəhriz zamanı boy hormonları da artır. Bu hormonlar yetkin insanlarda əzələ kütləsinin artmasına, sümüklərin möhkəmlənməsinə və yağların parçalanmasına kömək edir.


- Beynin işini aktivləşdirməklə onu yeni fikirlərin axtarışına stimullaşdırmaq mümkündür. Bəzilərinin hətta yaradıcılıq bacarığı və mənəvi yüksəliş istəyi artır.


- Bədənə müxtəlif xəstəliklərlə mübarizə aparmağa yardım etmiş olarsınız. Ac qalmaq astmanı əhəmiyyətli dərəcədə azaldır, ürək-damar xəstəlikləri riskini də azaltmaqla yanaşı, tutmaların sayı və onların intensivliyini aradan qaldırır, həmçinin orqanizmin immun sistemini möhkəmləndirir. Ən əsası, orqanizm 3 ay cavanlaşır.


- Siz yeməklərə olan psixoloji bağlılıqdan azad olacaqsınız, bütün günü nə isə çeynəmək kimi pis vərdişlər də öz-özünə aradan qalxacaq.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?