Sağlamlıq

Buna görə gündüz yatmaq lazımdır

  • Admin
  • 02-apr-2024, 00:03
  • 0 Baxış



London Universitet Kollecində aparılan araşdırmaya görə, gündüz vaxtı yatmaq beynimiz üçün faydalıdır və beynin ölçüsünü daha böyük saxlayır.

Məlum olub ki, gün ərzində yatanların beyni 15 kubsantimetr daha böyükdür. Bu o deməkdir ki, qocalma 3-6 il gecikir.

İş həyatı əksər insanlar üçün belə bir fürsətin yaradılmasına imkan verməsə də, gün ərzində yatmağın arıqlamaqdan və ya idman etməkdən daha asan bir üsuldur.

Gündüz yatmaq körpəlikdə beynin inkişafı üçün çox kritik olsa da, yaşlandıqca bu təcrübədən imtina edilir. Daha çox təqaüdə çıxan insanlar gündüz vaxtı yata bilirlər.

Yaşlandıqca beyin təbii olaraq kiçilir, lakin yuxunun Alzheimer kimi xəstəliklərin qarşısını ala biləcəyini öyrənmək üçün daha çox araşdırmaya ehtiyac var.

Tədqiqatçıların fikrincə, zəif yuxu zamanla beyinə və beyin hüceyrələrinə zərər verir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?