Sağlamlıq

Xroniki yorğunluq nədir? Necə müalicə edilir? - MƏŞHUR HƏKİM ŞƏRH ETDİ

  • Admin
  • 02-apr-2024, 16:51
  • 1 Baxış




Aylarla davam edən yorğunluq bir çox insanın problemidir. Problemin həlli üçün ilk öncə yorğunluğa səbəb ola biləcək xəstəliklər araşdırılmalıdır. Xroniki yorğunluq diaqnozu qoyulduqda, xüsusi müalicəsi olmayan bir prosesə girilir.


“Hər zaman yorğunam”, “Hər gün özümü yorğun hiss edirəm”, “İstirahət etsəm də əhvalım pisdir” bu və bu kimi şikayətlərdən əziyyət çəkənlər çoxdur. Üstəlik, bu, bəzən hal aylar çəkə bilər. Xroniki yorğunluq, həyat keyfiyyətini aşağı salaraq insanın həyatına mənfi təsir göstərir.


Yorğunluq və zəiflik bir çox xəstəliklərin əsas əlamətlərindən biridir. Buna görə də xroniki yorğunluq sindromunun diaqnozu dərhal qoyula bilməz.


Xroniki yorğunluq dedikdə nə nəzərdə tutulur? Nə vaxt tibb işçisi ilə məsləhətləşmək lazımdır? Müalicə prosesi necədir?


Yorğunluğun 6 ayı keçdiyi halda "xroniki" olduğu deyilir.


"Yorğunluğun xroniki olması üçün 6 ay lazımdır"


Bunu türkiyəli mütəxəssis Dr. Hacıoğlu deyib.


"Tibbdə hər şeyi kateqoriyalara ayırmağa çalışırıq. Burada adamın şərhlərini nəzərdən keçiririk, subyektiv məlumatları incələyirik. Bunu bəzi meyarlara bağlamaq lazımdır. Burada insanın əvvəllər etdiyi fəaliyyətləri analiz edilir. Psixoloji faktorlar da mütləq nəzərə alınmalıdır”,- deyə həkim bildirib.


O qeyd edib ki, yorğunluq hissi insandan insana dəyişir. Bəziləri əzələ ağrılarından, bəziləri baş ağrılarından, bəziləri isə yuxusuzluqdan şikayətlənir. Yorğunluq bir çox xəstəliyin əlaməti ola bilər.


Bəs yorğunluq hiss edən şəxs hansı mərhələdə həkimə müraciət etməlidir?


Yorğunluqdan həkimə müraciət edənlərə bu diaqnoz birbaşa qoyulmur.


“Xəstələr ilk dəfə bizə müraciət edəndə ağlımıza yorğunluğa səbəb ola biləcək xəstəliklər gəlir. Tibb ədəbiyyatında olan bütün xəstəliklərin ilkin simptomları arasında yorğunluq müşahidə edilir. Bu xərçəng, anemiya və ya hətta tiroid xəstəliyi ola bilər. Əslində diaqnozda problem burada yaranır. Biz bir çox əsas xəstəlikləri istisna etməliyik ki, bunu xroniki yorğunluq sindromu adlandıraq”.


Xroniki yorğunluğun diaqnozu necə qoyulur?


Yorğunluğa səbəb olan bir çox xəstəliklər var. Yoluxucu xəstəliklərdən ürək xəstəliklərinə, post-covid sindromundan böyrək çatışmazlığına qədər geniş spektrli xəstəliklər var. Bu simptomlar arasında yorğunluq var.


Xəstə yorğunluq səbəbiylə həkimə müraciət etdikdə qan, sidik və lazım olduqda təkmil görüntüləmə testləri aparılır. Son xəstəliklər qiymətləndirilir. Ailə tarixi öyrənilərək xərçəng kimi bir xəstəliyə genetik meylinin olub olmadığı qiymətləndirilir. Problemin depressiyaya bağlı ola biləcəyini nəzərə alaraq, müvafiq testlər də aparılır. Bütün xəstəlikləri istisna etdikdən sonra xroniki yorğunluq diaqnozu qoyulur.


“Müalicəsi çətin prosesdir”


Həkim bildirib ki, xəstəliyin müalicəsi çətin bir prosesdir. Problemin aradan qaldırılması üçün konkret dərman yoxdur. Hansı simptomun ön planda olmasından asılı olmayaraq, xəstə üçün nə edə biləcəyimizi nəzərdən keçiririk. Həyat tərzini dəyişməyi təklif edirik. Burada da idman ön plana çıxır. Əslində, o qədər paradoksal görünür ki, yorğun olan bir insan idman etmək də istəmir. Amma bu çox lazımlıdır, idman edərkən bədənimizdə endorfin adlanan müxtəlif hormonlar ifraz olunur. Bu hormonlar bizi daha xoşbəxt və dinc hiss etdirir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?