Həkim-dietoloq Coş Aks sarıkökün faydaları haqqında danışaraq, bu ədviyyat ilə sağlamlığı yaxşılaşdırmağın asan yollarını qeyd edib.
Sağlamlığa fayda verməkdə sarıkök əsasən maddənin əsasını təşkil edən kurkuminə borcludur. Həkimlər ədviyyat tozunun, ekstrakt və ya tablet şəklində eyni dərəcədə faydalı olduğunu bildirir.
Sarıkökün müalicəvi təsiri qan damarlarına, dəriyə, psixikaya və xarici görünüşə təsir edir. Həkim sağlamlığın yaxşılaşdırılmasında ədviyyatın ilk təsirinin trombozun (qan damarlarının içərisində qan laxtalanmasının əmələ gəlməsi) qarşısının alınmasında rolunu qeyd edib. Sarıkökdən müntəzəm istifadə bədənin qan laxtalanmasından qorunmasına kömək edir.
Laboratoriya işləri və heyvan üzərində aparılan tədqiqatlar, sarıkökün trombositlərin bir-biri ilə bağlanma riskini azaltdığını göstərib. Diabet zamanı qeyd edilən ədviyyat qanda şəkərin artımlardan qorunmağa kömək edir. Təbii iltihabəleyhinə və antioksidant vasitəsi kimi sarıkök müəyyən dəri xəstəliklərinə kömək edir. Sarıkökü üz maskası kimi istifadə etməkdə faydalıdır. Yüksək xolesterol səviyyəsinə nəzarət etmək üçün həkim-dietoloq ədviyyatı daha çox istehlak etməyi tövsiyə edir, çünki ədviyyat yaxşı xolesterolu tənzimləyir və artıq pis xolesterolu bədəndən çıxarır. Bundan əlavə ədviyyat təbii bir ağrıkəsici sayılır. Artrit xəstələri rasionlarına sarıkök əlavə etdikdən sonra simptomlarda azalma olduğunu bildirib