İdarəetmə / Direktor / Metodika / Ümumi

Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) təşkili  Qaydası

  • Admin
  • 22-apr-2024, 21:23
  • 64 Baxış


Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) təşkili  Qaydası

 

Azәrbaycan Respublikası Elm vә Tәhsil Nazirliyinin 01.09.2022-ci il tarixli F-529 nömrәli әmri ilә tәsdiq edilmişdir

 

1.Ümumi müddəalar

1.1  Bu Qayda “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) (bundan sonra – dərsdənkənar məşğələ) təşkili qaydasını tənzimləyir.

1.2.Dərsdənkənar məşğələ şagirdlərin meyil, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə yönəlmiş məşğələ formasıdır.

1.3.İqtisadi və maliyyə savadlılığı, mənəviyyat, insan hüquq və azadlıqları, həyat fəaliyyətinin təhlükəsizliyi üzrə bilik və bacarıqların mənimsənilməsinin təmin edilməsi müvafiq dərsdənkənar məşğələlər vasitəsilə həyata keçirilə bilər.

 

2.Dərsdənkənar məşğələ qrupunun komplektləşdirilməsi

2.1. Ümumi təhsil müəssisəsində dərsdənkənar məşğələlərdə şagird sayının aşağı həddi 8 (səkkiz) nəfər olaraq müəyyənləşdirilir.

2.2. Dərsdənkənar məşğələyə bütün sinif cəlb olunur.

2.3. Fənnin (fənlərin) tədrisinə ayrılan saatlar istisna olmaqla, şagird sayı 8 (səkkiz) nəfərdən az olan siniflərdə dərsdənkənar məşğələlər 2 və ya 3 sinfin (məsələn, V-VI, V-VI-VII, VI-VII, VI-VII-VIII və s.) şagirdlərindən ibarət təşkil edilmiş qrupda (qrupda şagird sayı ən azı 8 (səkkiz) nəfər olmaqla) birgə tədris olunur. Tədris ili ərzində sinifdə (qrupda) şagird sayının azalması dərsdənkənar məşğələnin fəaliyyətinin davam etməsinə təsir göstərmir.

2.4. Paralel siniflərdə təhsil alan şagirdlər müxtəlif mövzulu dərsdənkənar məşğələ qruplarında komplektləşdirilə bilər.

2.5. Dərsdənkənar məşğələdə iştirak üçün təhsilalanlar arasında seçim aparılmır.

 

3. Dərsdənkənar məşğələnin təşkili

3.1.Dərsdənkənar məşğələyə ayrılan saatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən müəyyən edilir və şagirdlərin dərs yükünə daxildir.

3.2.Dərsdənkənar məşğələ saatlarının miqdarı həftəlik saatların maksimal miqdarının 20 faizindən çox ola bilməz.

2.3.Zəruri hallarda (təmayülləşmə aparılmış ümumi təhsil müəssisələrində, lisey və gimnaziyalarda, informatika və xarici dilin intensiv tədrisi həyata keçirilən ümumi təhsil müəssisələrində və s.) dərsdənkənar məşğələ saatlarından fənnin (fənlərin) tədrisinə ayrıla bilər.

3.4.Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində keçirilməsi zəruri hesab edilən dərsdənkənar məşğələlərin proqramları Nazirlik tərəfindən təsdiq edilir, onların tədrisinə ayrılan saatlar “Tədris planına dair qeydlər”də əks olunur.

3.5.Ümumi təhsil müəssisəsi tərəfindən müəyyən edilən dərsdənkənar məşğələlərin proqramı isə ümumi təhsil müəssisəsinin aidiyyəti təhsilverənləri tərəfindən hazırlanır, metodiki şurada müzakirə olunur və ümumi təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq edilir.

3.6.Dərsdənkənar məşğələlərin proqramı ən azı 34 saat (həftədə 1 saat olmaqla) nəzərdə tutulur.

3.7.Dərsdənkənar məşğələlərdə dərs vəsaiti kimi Nazirliyin qrif verdiyi/tövsiyə etdiyi vəsaitlərdən, eləcə də ümumi təhsil müəssisəsinin tövsiyə etdiyi ədəbiyyatdan istifadə edilir.

3.8.Məşğələlər ümumi təhsil müəssisəsinin pedaqoji şurasının qərarına əsasən, ümumi dərs cədvəlinə uyğunlaşdırılaraq ümumi təhsil müəssisəsinin direktorunun təsdiq etdiyi cədvəl üzrə aparılır.

3.9.Tədris dilindən asılı olmayaraq dərsdənkənar məşğələlər dövlət dilində - Azərbaycan dilində keçirilir (fənnin tədrisinə ayrılmış məşğələlər istisnadır).

3.10.Dərsdənkənar məşğələdə iştirak edən şagirdin ümumi orta və ya tam orta təhsil haqqında attestatında “fakültativ kurs və layihələr” hissəsində müvafiq qeyd edilir.

3.11.Dərsdənkənar məşğələ ümumi təhsil müəssisəsinin direktorunun əmri ilə məşğələnin spesifikası və istiqaməti nəzərə alınaraq müəssisənin təhsilverənləri tərəfindən aparılır.

3.11.1.Dərsdənkənar məşğələnin aparılması məqsədilə kənardan müvafiq ixtisasa, təcrübəyə malik mütəxəssis (elmi-tədqiqat müəssisələrinin mütəxəssisləri, ali və orta ixtisas təhsili müəssisələrinin təhsilverənləri, elm, ədəbiyyat, incəsənət xadimləri və s.) dəvət oluna bilər.

3.12.Məşğələlərin mövzusu və şagirdlərin davamiyyəti müvafiq jurnalda  qeyd edilir.  .             .  

2.13.Dərsdənkənar məşğələlərdə şagirdlərin qiymətləndirilməsi aparılmır.

3.14.Dərsdənkənar məşğələnin aparılmasında müxtəlif forma və metodlardan (mühazirə, seminar, laboratoriya işləri, layihə, ekskursiya, rollu oyunlar və s.) istifadə edilir.

3.15.Dərsdənkənar məşğələlərin işinə ümumi rəhbərlik və nəzarət təhsil müəssisəsi üzrə müvafiq əmrlə tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavininə (müavinlərdən birinə) həvalə olunur.

3.16.Dərsdənkənar məşğələni aparan təhsilverən:

3.16.1.dərsdənkənar məşğələ proqramını həyata keçirir;

3.16.2.dərsdənkənar məşğələlərdə şagirdlərin fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alır, onların potensial imkanlarından səmərəli istifadə etməklə inkişaflarını düzgün istiqamətləndirir;

3.16.3.şagirdlərin dərsdənkənar məşğələdə iştirak etdiyi müddətdə onların davamiyyətinə, sağlamlığına, təhlükəsizlik texnikasına düzgün əməl olunmasına məsuliyyət daşıyır;

dərsdənkənar məşğələnin jurnalını və digər nəzərdə

3.16.4.tutulmuş sənədləşmələri aparır.

 

4. Dərsdənkənar məşğələlərin fəaliyyətinin qiymətləndirilməsi

4.1. Dərsdənkənar məşğələlərin fəaliyyəti yarımillik və illik qiymətləndirilir.

4.2.Qiymətləndirmə aşağıdakı parametrlər üzrə aparılır:

4.2..1.dərsdənkənar məşğələdə iştirak sayı;

4.2.2.dərsdənkənar məşğələnin proqramının (illik iş planının) icrası vəziyyəti;

4.2.3.tədris ilinin sonunda dərsdənkənar məşğələnin təşkilinin şagirdlərin təlim nəticələrinə təsiri barədə hesabatlar.

4.3.Dərsdənkənar məşğələlərin tədris ilinin birinci yarısı üçün fəaliyyətinin qiymətləndirmə nəticələri dərsdənkənar məşğələlərin fəaliyyətinə ümumi rəhbərlik və nəzarəti həyata keçirən təhsil müəssisəsinin direktor müavininin iştirakı ilə müzakirə olunur və müvafiq qərarlar qəbul edilir.

4.4.Dərsdənkənar məşğələlərin illik fəaliyyətinin qiymətləndirmə nəticələri təhsil müəssisəsinin pedaqoji şurasının iclasında müzakirə olunur və məşğələlərin fəaliyyətinin qənaətbəxş hesab olunub-olunmaması barədə qərar qəbul edilir.

4.5.İllik qiymətləndirmə nəticəsinə əsasən fəaliyyəti qənaətbəxş hesab edilməyən dərsdənkənar məşğələ istiqaməti növbəti tədris ilində təşkil edilmir (tədris planına daxil edilən dərsdənkənar məşğələlər istisna olmaqla).

4.6.Fəaliyyəti qənaətbəxş hesab edilməyən dərsdənkənar məşğələni aparan təhsilverən növbəti tədris ilində müvafiq istiqamət üzrə dərsdənkənar məşğələ apara bilməz.

4.7.Ümumi təhsil müəssisəsində fəaliyyət göstərən bütün dərsdənkənar məşğələlər üzrə fəaliyyət qeyri-qənaətbəxş hesab edildikdə ümumi təhsil müəssisəsinin direktoru və bu fəaliyyətə məsul olan direktor müavini barədə intizam tənbehi tədbiri görülür.

 



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?