İdarəetmə / Direktor / Metodika / Ümumi

Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası

  • Admin
  • 22-apr-2024, 21:27
  • 1 107 Baxış



Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası

Azərbaycan Respublikası Təhsil Nazirinin 20.06.2022-ci il tarixli F-382 nömrəli əmri ilə təsdiq edilmişdir

1.    Ümumi müddəalar

 

1.1. Bu Qayda Təhsil haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və ümumi təhsil müəssisələrində dəməklərin təşkili qaydasını tənzimləyir

                                          

Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası

1.2 Dərnək təhsilalanların mövcud potensiallarının inkişafı, dünyagörüşünün genişləndirilməsi üçün lazımi şəraitin yaradılması, tədris proqramları əsasında qazandıqları bilik və bacarıqların artırılması, onlarda seçdiyi sahə üzrə yaradıcılıq və tətbiqetmə səriştələrinin formalaşdırılması və inkişafına kömək məqsədilə yaradılır

1.3 Ümumi təhsil müəssisəsində dərnəklər dövlət büdcəsinin vəsaiti hesabına, eləcə də ödənişli və ictimai əsaslarla təşkil oluna bilor

1.4 Özəl ümumi təhsil müəssisələrində dərnəklər bu Qaydanın tələblərini əsas götürməklə həmin müəssisələrin nizamnamələrinə və daxili qaydalarına uyğun təşkil olunur

 

 

2.Dərnəyin komplektləşdirilməsi

2.1.  Dərnəklər komplektiləşdirilərkən şagirdlərin meyil və maraqları nəzərə alınır

Şagirdlərin meyil və maraqları sorğu qaydasında müəyyən edilir

 2.2 . Deməklər ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə madditexniki və tədris bazası (dərnəklərin təşkili üçün vacib olan qurğu, avadanlıq, alət və digər uyğun vasitələrin məktəbdə mövcudluğu və s.), müvafiq kadr potensialı və ayrılmış ştat vahidləri (stavkası) nəzərə alınmaqla incəsənət, bədii və texniki yaradıcılıq, idman növləri və digər sahələr üzrə yaradılır.

2.3. Ümumi təhsil müəssisəsi bu Qaydanın 22-ci bəndində göstərilən şərtləri nəzərə almaqla nümunəvi sorğu anketi formasına uyğun dərnəklərin istiqamətlərini özündə əks etdirən sorğu anketini hazırlayır.

2.4 Ümumi təhsil müəssisəsi sorğu anketi əsasında tədris ilinin ilk 10 günündə şagirdlər arasında sorğu keçirərək nəticələri protokollaşdırır. Sorğunun nəticələri pedaqoji Şura tərəfindən 5 gün ərzində müzakirə edilərək dərnəklərin yaradılması ilə bağlı qərar qəbul edilir

2.5 Tahsil müəssisəsində fəaliyyət göstərən dərnəklər barədə təhsilalanlar və onların valideynləri (digər qanuni numayəndələri) tədris ilinin əvvəlində məlumatlandırılırlar.

2.6. İbtidai, ümumi orta və tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərin dərnəyə qəbulu və xaric edilməsi könüllülük prinsipi əsasında valideynlərin (digər qanuni nümayəndələrin) ərizəsinə əsasən məktəbin direktorunun əmri ilə həyata keçirilir.

27. Dərnəklər, bir qayda olaraq, 8 nəfərdən az olmamaqla komplektləşdirilir

2.8. Dərnək komplektləşdirilərkən şagirdlərin maraq, istedad, intellekt

səviyyəsinin hər hansı şəkildə ölçülməsi aparılmır.

29. Eyni bir dərnəyə müxtəlif siniflərdən olan şagirdlər cəlb edilə bilər.

2.10. Üzrsüz səbəbdən ardıcıl 10 saatdan artıq dərnək məşğələlərində iştirak etməyən şagirdlər dərmək rəhbərinin təqdimatı əsasında direktorun əmri ilə dərməkdən xaric olunur

2.11 İdman istiqaməti dərnəklərə cəlb edilmiş şagirdlər üçün onların sağlamlığı barədə tibbi arayış təqdim olunmalıdır

2.12 Şagird dərnəyə qəbul edildiyi tarixdən bir ay ərzində cəlb olunduğu dərnək istiqamətini dəyişə bilər.

 

2.13.Tədris ilinin birinci yarımili ərzində Şagirdlərin dərməkdən çıxması səbəbindən şagird sayı 8 nəfərdən az olduqda, 1 ay müddətində dərnək yeniden komplektləşdinlə bilər, bu mümkün olmadıqda isə, dərnəyin fəaliyyəti dayandırılır. Tədris inin ikinci yarımili ərzində şagirdlərin dərnəkdən çıxması ilə bağlı dərnəkdə şagird sayı 5 nafarden aşağı düşərsə, onun fəaliyyəti dayandırılır.

 

3. Dərnəyin işinin təşkili və idarəolunması

3.1. Dərnəkləri ümumi təhsil müəssisəsinin direktorunun əmri ilə vəzifəyə təyin edilən və vəzifədən azad edilən dərnək rəhbəri idarə edir. Dərnək rəhbəri dərnəyin spesifikası və istiqaməti nəzərə alınaraq ümumi təhsil müəssisəsinin müəllimləri sırasından və ya kənardan dəvət olunan müvafiq ixtisasa və təcrübəyə malik mütəxəssis təyin edilə bilər. Hər hansı dərnəyə rəhbər təyin olunarkən (müəllim, yaxud kənardan dəvət olunan mütəxəssis) onun dərnəyin istiqamətinə, məzmun və mahiyyətinə uyğun səriştə və peşəkarlığa malik olmasını təsdiq edən sənədlər (diplom, sertifikat və s.) nəzərə alınır

 

3.2 Dərnəklər fəaliyyətlərini ilin əvvəlindən ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının təsdiq etdiyi dərnəyin proqramına (illik iş planina) uyğun həyata keçirirlər Dərnəklər dərsdənkənar vaxtlarda və direktor tərəfindən təsdiq olunmuş cədvəl uzre aparılır. Dərnək məşğələləri və şagirdlərin davamiyyəti müvafiq jurnalda qeyd edilir.

3.3. Dərnəklərin fəaliyyətinə ümumi rəhbərlik və nəzarət təhsil müəssisəsi üzrə müvafiq əmrlə direktor müavinlərindən birinə həvalə olunur.

 

3.4. Dərnək rəhbəri:

3.4.1. tədris ilinin əvvəlində dərnəyin proqramını (illik iş planını) təsdiq üçün Pedaqoji Şuraya təqdim edir.

3.4.2. məşğələlərin proqrama (illik iş planına) uyğun aparılmasını təmin edir.

3.4.3. şagirdlərin dərnək məşğələsində iştirak etdiyi müddətdə onların davamiyyətinə, sağlamlığına, təhlükəsizlik texnikasına düzgün əməl olunmasına məsuliyyət daşıyır.

3.4.4 dərnək məşğələlərində şagirdlərin fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alır, onların potensial imkanlarından səmərəli istifadə etməklə inkişaflarını düzgün Istiqamətləndirir,

3.45 dərnək iştirakçılarının (müdavimlərinin) müxtəlif yarış və müsabiqələrdə fəal iştirakını təmin edir,

3.4.6. dərnəyin jurnalını və digər nəzərdə tutulmuş sənədləşmələri aparır;

3.4.7. təsdiq olunmuş iş rejiminə müvafiq digər tədbirləri həyata keçirir.

3.4.8 tədris ilinin sonunda dərnəyin fəaliyyəti barədə illik hesabatı Pedaqoji Şuranın müzakirəsinə təqdim edir.

 

4.Dərnəklərin fəaliyyətinin qiymətləndirilməsi

4.1.Dərnəklərin tədris ilinin birinci yarısı və tam tədris ili üçün fəaliyyəti qiymətləndirilir

4.2. Qiymətləndirmə aşağıdakı parametrlər üzrə aparılır:

4.2.1. dərnəkdə iştirak sayı,

4.2.2 dərnəyin əhatə dairəsi:

4.2.3. dərnək proqramının (illik iş planının) icrası vəziyyəti:

4.2.4. tədris ilinin sonunda müdavimlərin yaradıcılıq hesabatları;

4.2.5 şagirdlərin dərnəklərin təyinatına uyğun məktəb, rayon (şəhər), ölkə, beynəlxalq miqyaslı müxtəlif yarış, müsabiqə, olimpiada, yaradıcılıq festivallarında, elmi praktik konfrans və s. tədbirlərdə iştirakı və əldə etdikləri nəticələr.

4.2.6. dərnəyin və şagirdlərin fəaliyyətinə dair təqdimatlar

4.3. Dərnəklərin tədris ilinin birinci yarısı üçün fəaliyyətinin qiymətləndirmə nəticələri dərnəklərə ümumi rəhbərlik və nəzarəti həyata keçirən təhsil muəssisəsinin direktor müavininin iştirakı ilə müzakirə olunur və müvafiq qərarlar qəbul edilir

4.4. Dərnəklərin tam tədris ili üçün fəaliyyətinin qiymətləndirmə nəticələri təhsil müəssisəsinin Pedaqoji Şurasının iclasında müzakirə olunur və dərnəklərin fəaliyyətininqənaətbəxş hesab olunub-olunmaması barədə qərar qəbul edilir.

4.5 Illik qiymətləndirmə nəticəsinə əsasən fəaliyyəti qənaətbəxş hesab edilməyən dərnək istiqaməti növbəti tədris ilində təşkil edilmir.

46 Dərnək rəhbəri kimi fəaliyyəti qənaətbəxş hesab edilməyən şəxs barədə intizam tədbiri görülür və həmin şəxs növbəti tədris ilində müvafiq dərnək istiqaməti üzrə dərnək rəhbəri təyin edilmir.

4.7. Ümumi təhsil müəssisəsində fəaliyyət göstərən bütün dərnəklər üzrə fəaliyyət qeyri-qənaətbəxş hesab edildikdə ümumi təhsil müəssisəsinin direktoru və bu fəaliyyətə məsul olan direktor müavini barədə intizam tədbiri hayata keçirilir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?