Sağlamlıq

İnsanları tez qocaldan 5 ƏSAS SƏBƏB

  • Admin
  • 07-apr-2024, 09:15
  • 0 Baxış




Alimlər insanları daha tez qocaldan pis vərdişlər barədə araşdırma aparıblar.
Araşdırma nəticəsində müəyyən olunub ki, bəzi vərdişlər insanların vaxtından əvvəl qocalmasına təsir edir.
Həmin vərdişlər bunlardır:
- Siqaret çəkmək (dəri və ürək-damar sisteminin sürətlə qocalmasına səbəb olur)
- Az hərəkətlilik (qan dövranı və mübadilə proseslərinin ləngiməsi nəticəsində orqanizm daha tez zəifləyir və qocalır)
- Düzgün qidalanmamaq (qidalanmada xüsusilə şəkər və sadə karbohidratların çox olması dərinin tez qocalmasına, damarların zəif və kövrək olmasına səbəb olur)
- Spirtli içkidən tez-tez istifadə etmək (spirtli içkilərin tez-tez qəbulu bədəndə xroniki intoksikasiyaya - zəhərlənmə səbəb olur ki, bunun nəticəsində orqanizm daha tez qocalır)
- Az yatmaq (orqanizm yuxu zamanı bərpa olunur. İnsan az yatanda, gecə saatlarında işləyəndə, yuxusuzluqdan əziyyət çəkəndə bərpa prosesləri pozulur və insan daha tez qocalır)




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?