Sağlamlıq

Qabığını və yarpaqlarını əsla atmayın - Heyvanın bilmədiyiniz faydaları

  • Admin
  • 07-apr-2024, 10:19
  • 0 Baxış



Payız meyvələrindən olan heyva ləzzətli olmaqla yanaşı vitamin və minerallarla da zəngindir.
Heyva orqanizmimizə və gözəlliyimizə faydalıdır.
Toxluq müddətini uzatmaq, saçları gücləndirmək, mədə-bağırsaq xəstəliklərindən qorunmaq, cildin təravətli qalmasına qədər bir sıra faydaları var. 100 qram heyvanın cəmi 40 kalorisi var.
Heyvanın yarpağında olan fenolun miqdarı çoxdur. Bu səbəbdən də heyva yarpağını qurudub qış aylarında çay kimi içmək çox faydalıdır.
Arıqlamağa faydalıdır
Heyva qanda şəkərin miqdarını çox sürətlə artırmır. Yəni diabetdən əziyyət çəkir və pəhrizdəsinizsə, rahatlıqla heyva yemək olar. Bundan başqa heyva toxluq hissini uzadır və bu da arıqlamağa kömək edir. Pəhrizdə şirniyyata alternativ kimi heyvanı qaynadıb, ya da buxarda bişirib yemək olar.
İmmun sistemini gücləndirir
Heyvanın tərkibindəki C vitamini və fito kimyəvi maddələr immunitet sistemini gücləndirir. Heyva orqanizmi virus, bakteriyalara qarşı qoruyur.
Saçların uzanmasına kömək edir
Heyvanın tərkibi dəmir, sink kimi minerallarla zəngindir. Bu isə qan dövranını artırır, saçın dibinə bol oksigen daşınmasına kömək edir.
Dərini təravətli saxlayır
Heyvanın tərkibindəki dəmir, mis və sink kimi minerallar qırmızı qan hüceyrələrinin çoxalmasına kömək edir. Qırmızı qan hüceyrələri bölünüb çoxaldıqca qan dövranı zamanı daşınan oksigen miqdarını artırır. Bu da dəriyə faydalıdır.
Xərçəng riskini azaldır
Tərkibi antioksidantlarla zəngin olan heyva polifenol vasitəsilə orqanizmi sərbəst radikallara qarşı qoruyur, xərçəng riskini azaldır.
Ürək-damar sağlamlığı
Heyvanın tərkibində potasiumun miqdarı çoxdur. Bu isə yüksək qan təzyiqini aşağı salır. Bundan başqa heyvanın tərkibindəki pektin maddəsi də xolesterolu azaldır.
Həzmə kömək edir
Qaz problemini həll etmək, həzmi asanlaşdırmaq üçün qaynadılmış heyva məsləhət görülür. Heyva qəbz problemini həll edir, ishal olanlara da kömək edir. Xüsusən də qaynadılmış heyva çox faydalıdır.
Bağırsaq xəstəlikləri riskini azaldır
Heyvanın tərkibindəki liflər bağırsaq xəstəliklərinə qarşı orqanizmi qoruyur.
Qan azlığına müsbət təsir edir
Heyvanın tərkibindəki dəmir qan hüceyrələrinin çoxalmasına kömək edir. Qan azlığından əziyyət çəkənlər üçün heyva əla meyvədir.
Ağız qoxusunun qarşısını alır
Heyva anti-bakterial xüsusiyyətə malikdir. Bu səbəbdən orqanizmdə bir çox mikro orqanizmin çoxalmasının qarşısını alır. Ağızdakı bakteriyaları məhv edən heyva pis ağız qoxusuna qarşı çox effektivdir.




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?