İmmunitetin zəifləməsinin bir neçə aşkar əlaməti var: daimi yorğunluq və yuxululuq, halsızlıq, oynaqlarda ağrılar, xroniki xəstəliklər.
Tez-tez baş verən soyuqdəymə də zəif immunitetdən xəbər verir. İmmuniteti artırmağın müxtəlif metodları var. Bir neçə əsas qaydanı bilmək lazımıdr.
İmmunitet üçün xüsusən, sink, dəmir və C vitamini faydalıdır. Buna görə də, daha çox limon, alma, kələm, qara qarağat, qara gavalı və soğan yemək lazımdır.
Hərəkət.Oturaq iş vaxtı fasilələr, piyada gəzintisi, idman, rəqs və s. Az oturmaq və uzanmaq, daha çox hərəkət, sadə idman hərəkətləri və s.
Kütləvi epidemiyalar zamanı antivirus preparatlardan (yalnız həkim məsləhəti ilə) istifadə xəstəlik riskini azaldacaq.
Təmiz havada gəzinti- gündəlik yarım saat belə gəzinti qanı oksigenlə zənginləşdirir və əsəb sistemini möhkəmləndirir.
Hər gün eyni vaxtda yatmaqla 7-8 saatlıq yuxu. Yuxunun pozulması yaxud kifayət qədər yatmamaq immuniteti dağıdır.
Ayaq masajı- massaj xalçası üzərində ayaqyalın gəzmək ayaqda yerləşən bioloji aktiv nöqtələri fəallaşdırır.
Həyata təbəssüm və pozitiv yanaşmaq. Optimistlər daha az xəstələnir, xoşməramlılıq və yumor əsəb sistemini tonallaşdırır, xəstəliklərin qarşısını alır.
-Fitoterapiya- dərman bitkilərindən istifadə etmək sağlamlığı gücləndirir.
Sakitlik- stresslərdən, skandallardan qaçmaq və s. İşdən sonra müntəzəm olaraq maraqlı və xoş (hobbi) işlərlə məşğul olmaq.
Bitki tərkibli qidalar. Tərəvəz və meyvələrdən çox qəbul etmək. Ən yaxşısı vitamin və mineralları təbii məhsullardan əldə etməkdir.
Hamam (əgər ürək sancıları, təzyiq problemləri yoxdursa). Hama prosedurları damarların genişlənməsi, qanın sürətli sirkulyasiyası və toksinlərin bədəndən çıxarılması.
Bundan başqa, məkanın ürək, beyin və immun sistemi üçün normal şəratdə olmasını yoxlamaq lazımdır. Havasızlıq məkanda virus və bakteriyaların toplanmasına səbəb olub.