Sağlamlıq

Bu bitki çayı insanı sakitləşdirir, baş ağrısını aparır.

  • Admin
  • 08-apr-2024, 11:38
  • 0 Baxış



Cökə çiçəkləri olduqca qiymətli müalicəvi məhsuldur ki, həm xalq, həm də ənənəvi tibdə geniş istifadə olunur.


Cökə çiçəkləri C vitamini, efir yağları, fitonsid və flavonoidlərlə zəngindir. Bu faydalı maddələrə görə cökə çayı bir çox xəstəliklər və pozulmalar zamanı orqanizmə yaxşı müalicəvi və profilaktik təsir edir.


1. Cökə çayı soyuqdəymə və qrip zamanı ən sınanmış müalicəvi vasitələrdən biridir — xəstənin vəziyyətini yüngülləşdirir, hərarəti aşağı salır, sağalmanı tezləşdirir.


2. Soyuq fəsillərdə xəstələnməmək üçün cökə çayını için. Bu çay immun sistemini gücləndirir.


3. Flavonoidlər və C vitamini ilə zəngin olan cökə çayı damarları möhkəmləndirir.


4. Cökə çayı həzm sistemi üçün də faydalıdır — bağırsaqlarda ziyanlı mikrobları öldürür, həzm proseslərini  tənzimləyir.


5. Bu çay təbii baş ağrısı dərmanıdır.


6. Cökə çayı sakitləşdirici təsirə malikdir, yuxusuzluqla mübarizə etməyə kömək edir.


7. Cökə qadın cinsiyyət sisteminə yaxşı təsir edir, menstrual dövründə problemləri olan, klimaks keçirən  qadınlar üçün faydalıdır.


8. İltihab əleyhinə təsirə malik olan cökə çayı sistit (sidik kisəsi iltihabı) və s. sidik ifrazı sistemi iltihabları zamanı faydalıdır.


9. Öskürək və bronxit zamanı cökə çayı yaxşı müalicəvi təsir edir.


Cökə çayını hazırlamaq üçün 1 x.q. cökə çiçəklərini 200 qr termosda isti suda 1 saat ərzində dəmləyin və gün ərzində 2 dəfə yarım stəkan olmaqla için. Faydalı olduqdan əlavə çay həmçinin çox dadlı və ətirlidir.

sağlamol.az




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?