Valideyin

Uşaqlar bizdən nəyi öyrənir

  • Admin
  • 02-mar-2024, 16:39
  • 6 Baxış

 

Uşaqların erkən yaşlarda valideynlərindən öyrəndikləri və onların şəxsiyyətini formalaşdıran "beşlik” var:
Təmizlik
Kiçik yaşlı uşaqların öyrənəcəkləri ilk dərslərdən biri səliqəli və təmiz olmalarıdır. Bu davranış instiktiv olaraq yaşamaq və sağlamlıq ilə əlaqəli vacib bir amildir. Təmiz mühit bizə sağlamlıq və ruhi rahatlıq verir.  Təmiz və səliqəli evdə yaşayan uşaqlar öz əşyalarına qulluq edirlər. Bu vərdiş yarandıqdan sonra bunu onlara həmişə xatırlatmaq lazım olmur.
Zorakı münasibət 
Tədqiqatlar göstərir ki, aqressiv insanların çoxu uşaqlıqda fiziki və ya psixoloji zorakılığa məruz qalıblar. Bu, onların həyatında neqativ iz buraxıb. Unutmayın ki, zorakılıq müxtəlif formada ola bilər: evdə qışqırıq, təhqir, nifrət dolu sözlər eşidən uşaqda da kobudluq yaranır.
Müsbət və ya mənfi fikirli olmaq
Mütəxəssislərin təhlilinə əsasən 4-7 yaşlılar arasında bədbəxt olduqlarını deyən və depressiyadan əziyyət çəkən uşaqlar, gördükləri, eşitdikləri ifadə və davranışları təkrarlayan uşaqlardır. Uşaqlarda yaxşı psixi sağlamlıq üçün səsələndirdiyimiz fikirlərin və münasibətimizin müsbət çalarlı olması vacibdir. "Biz bədbəxtik”, "vaxtımızı pis keçiririk” və s. kimi ifadələr eşidən uşaq böyüdükdə özünə inamsız, depressiv şəxs kimi yetişir.
İşə və təhsilə sevgi
Həyatda uğur qazanmağın sirri təhsilə və işə olan sevgidir. Uşaqlar valideynlərinin evdə boşuna gəzdiyini gördükdə, başqasını aldadaraq asan yolla pul qazanmaqdan əyləncəli şəkildə danışan valideyni eşitdikdə, onlara yetkin yaşda məsuliyyəti öz üzərlərinə götürmək çətin olacaq. Uşaqlar valideynlərin kitab oxuduqlarını seyr etsələr, onları təqlid etmək ehtiyacı hiss edəcək, oxumaq üçün kitab almalarını xahiş edəcəklər. Lakin televizorun bütün günü açıq olduğu evlərdə uşaqlar öyrənmədə passiv olmağa meyilli olurlar.
Qorxu
Çox vaxt uşaqlarımıza qarşı əsəbilik və onaları həddindən artıq qorumaq bizim onlara müəyyən dərəcədə etibarsızlıq və qorxu aşılamağımıza səbəb olur. Əgər biz böyüklər həmişə onları təhlükələrdən və mümkün problemlərdən xəbərdar etsək, övladlarımız həyatda istənilən vəziyyətlə qarşılaşdıqda şübhəsiz ki, qorxu hiss edəcəklər. Qorxunun bir növü də gecə qaranlıq qorxularıdır. Uşağı qorxutmaq üçün deyilən fikirlər onun həyatında iz buraxır.
Övladlarımızın fiziki və psixi sağlam böyüməsi xeyli dərəcədə bizim onlara göstərdiyimizin münasibətdən asılıdır. Odur ki, daim uşaqlarla olan münasibətimizə fikir verməliyik.
 
img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?