Sağlamlıq

Badam qəbul edən insanların beyin hüceyrələri daha gec yaşlanır.

  • Admin
  • 08-apr-2024, 13:26
  • 0 Baxış



Şirin badam yağı dərini yeniləyir və dərinin nəmini qoruyur, saçları bəsləyir. Saç və kirpik tökülməsindən  əziyyət çəkənlərə tövsiyə olunur. Badam yağı tumlardan əldə edilir.  Açıldıqdan sonra soyuducuda saxlanmalıdır.
Faydaları:
1. Xolestrolu aşağı salır, infarkt riskini 50% azaldır.
2. Cinsi zəifliyə qarşı güclü vasitədir. 
3. Bədən və zehni yorğunluğu aradan qaldırmaq gücünə malikdir.
4. Baş ağrısı, qaraciyər və böyrək ağrılarını zəiflədir.
5. Döş xəstəliklərinə qarşı da faydalı hesab olunur.
6. Hamilələrin südünü artırır və uşağın inkişafına kömək edir.
7. Böyrək, sidik yolları və cinsiyyət orqanlarındakı iltihabları yaxşılaşdırır.
8. Badam yağı isə həzmi yaxşılaşdırır.
9. Tez-tez dodaqlarının çatlamasından narahat olanlar gündə 1-2 damcı badam yağı istifadə etməlidirlər.
10. Bədəndə daşların meydana gəlməsinə də mane olur.
Badamın digər faydaları
Antioksidant təsiri var və E vitamini ilə zəgindir. E vitamini ürək- damar, beyin və sinir funksiyalarını nizamlayır. 
Araşdırmalar göstərir ki, gündə 40 qram badam qəbul etmək ürək xəstəlikləri riskini azaltmaq qabiliyyətinə malikdir.
Badam, qoz, fındıq kimi qidalar Omega-3 yağ turşuları ilə boldur. Badam xolestrol səviyyəsini də aşağı salmağa kömək edir. Gündə 74 qram badam qəbul etmək 4 həftə ərzində LDL xolesterolu 9,4%  aşağı salır. 
Amerika Dərman və Qida Təşkilatı ürək xəstəlikləri riskini aşağı salmaq üçün gündə ən azı 42 qram badam, fındıq ya da qoz yeməyi tövsiyə edir. 
Kaliforniya Universitetində aparılan araşdırmalara görə,  badam qəbul edən insanların beyin hüceyrələri daha gec yaşlanır. 
Badamın tərkibindəki bəzi maddələr xərçəngdən qorunmaq üçün də əhəmiyyətlidir. 
Acı badamın sinə yumşaldıcı və öskürək kəsici təsiri də var. Lakin acı badamı yüksək miqdarda qəbul etmək olmaz. Yüksək nisbətdə qəbul edildiyi zaman zəhərlənməyə səbəb olur. 
Badam stressi atmağa kömək edən qidlar arasındadır. 
Badam quru dərilər üçün də faydalı hesab olunur. Belə ki, əla dəri qidalandırıcı vasitədir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?