Sağlamlıq

Təbəssüm etmək insana həm cismi və həm də ruhi sağlamlıq bəxş edər

  • Admin
  • 08-apr-2024, 13:40
  • 4 Baxış



Tədqiqatlar göstərir ki, insan təbəssüm edərək daha cavan və daha şən qala bilər. Təbəssümün gətirdiyi 10 fayda:
1. Əxlaqı gözəl edər.
Təbəssüm əxlaqımızı gözəl edə bilər. Bir tədqiq göstərir ki, o insan ki, başqalarını güldürməyi sevir həyatda şən yaşayır. Ancaq bu güldürməsi təhqir və ya məzəmmətli olmamalıdır. Əgər insan adi halda təbəssüm etsə, gözəl hisslər keçirəcəkdir. Başqaları da sizinlə gözəl rabitə qurmağa çalışacaqdır.
 
2. Dərinin cavanlığını qoruyar.
Siz dərinizin xarab olmasının qarşısını almaq üçün krem istifadə etmək yerinə təbəssüm edə bilərsiniz. Təbəssüm dərini cavan saxlayar. Çünki təbəssüm - qocalıq əleyhinə olan dərmandır.
 
3. Müvəffəq olmaq.
Mütaliələr gösərmişdir ki, şad olmaq müvəffəqiyyətə bais olar. Yəni o insanlar ki, xoş rəftara malikdirlər, işlərində müvəffəqdirlər.
 
4. Hafizəyə təsir edər.
Tədqiqatlar göstərir ki, beynimiz təbəssümə xüsusi diqqət edir. Bir tədqiq zamanı iştirak edənlərə bir neçə gülər üzlü və bir neçə də adi halda olan insanların şəkillərini göstərirlər. Sonradan məlum olur ki, iştirak edənlər gülən insanların simasını daha çox yadda saxlayıblar.
 
5. Təbəssüm rabitələri yaxşılaşdırır.
Təbəssüm edərək insanların qəlbində olan küdurəti aradan aparmaq olar.
 
6. Təbəssüm insanı daha cazibəli edir.
 
7. Gülüş sirayət edər.
Siz küçədə gedən zaman bir nəfərin güldüyünü görürsünüz və onun nəyə güldüyünü bilmirsiniz, ancaq istər-istəməz üzünüzdə təbəssüm yaranır. Çünki beynimiz daima gülərüzlü insanların axtarışındadır. Onlara müsbət cavab verir.
 
8. Təbəssüm başqalarının diqqətini cəlb edər.
Yeni Zelandiyada aparılan tədqiqatlar göstərir ki, insan əgər gülərüz olarsa, deməli onun halı və vəziyyəti başqalarından daha yaxşıdır. Başqaları da bu cür insanlarla işləməyə daha çox meyl edərlər.
 
9. Dişlərin sağlamlığı.
Diş sağlamlığı insan bədəninin sağlamlığı üçün mühüm amildir. Bu cür insanlar rahatlıqla gülə bilmirlər. Ona görə də gülərüz insanların dişləri həmişə qaydasından olur.
 
10. Stresləri azaldar.
O kəslərin ki, üzündə həmişə təbəssüm olur, onların stressləri az, qəlbləri sağlam, qan təzyiqləri normasında, ruh və psixologiyaları daha yaxşı olar. Təbəssüm həyatınıza sevinc qatar və sizi sağlam saxlayar.
Beləliklə deyə bilərik ki, təbəssüm etmək insana çox sayda fayda gətirir ki, onlardan biri də bədənin və ruhun sağlam olmasıdır. Ancaq bu, o demək deyildir ki. insan özünü həmişə təbəssüm etməyə məcbur etməlidir. Həqiqətdə yalançı təbəssüm əksinə - sizin ruhiyyənizi tamamilə korlaya bilər.
Ona görə də ruhiyyənizi yaxşılaşdırın və həyatın hər anından bəhrələnməyə çalışın. Çətinliklərə isə təbəssüm edərək, qalib gəlin.




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?