Sağlamlıq

Ballı nanənin bilmədiyiniz faydaları

  • Admin
  • 08-apr-2024, 13:58
  • 1 Baxış



BALLI NANƏ İNSAN SAĞLAMLIĞI ÜÇÜN ƏN FAYDALI BİTKİLƏRDƏN BİRİDİR.
Ballı nanə yuxu pozğunluğu, həzm problemləri, həmçinin alzaymer kimi bir çox narahatlığa qarşı təsirlidir.
Xalq təbabətində, əsasən, yaraların tez sağalması üçün istifadə edilir.
 
YUXUSUZLUQ
Ballı nanə çayı insanı sakitləşdirir, dinclik verir. Bu xüsusiyyəti sayəsində yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir.
 
HƏZMİ ASANLAŞDIRIR
Yediklərinizi yaxşı həzm edə bilmirsinizsə, ballı nanədən yararlana bilərsiniz. Ballı nanə həzm sisteminə yaxşı təsir etməklə yanaşı, qastritə qarşı da effektlidir. Ballı nanənin təsirini artırmaq üçün onu adi nanə ilə qarışdırıb istifadə edin.
YARALARI SAĞALDIN
Miçiqan Universitetinin professorlarının apardıqları araşdırmalar göstərib ki, ballı nanə virusları yox edir. Bitkinin tərkibindəki turşular yaraların daha tez sağalmasına səbəb olur. Ağız içində olan yaralara qarşı da istifadə edilə bilər.
ALZAYMERLƏ MÜBARİZƏ
Tibbi araşdırmalar ballı nanənin alzaymer xəstəliyinə yaxalanmaq riskini azaltdığını sübut edib. Həmçinin mütəmadi olaraq ballı nanə çayı içən alzaymer xəstələrinin vəziyyətinin yaxşılaşdığı, xəstəliyin əlamətlərinin azaldığı müşahidə edilib.
GÖZƏLLİK
Ballı nanə dəri üçün də faydalıdır. Dərini təmizləyir, sızanaqları yox edir. Ballı nanə yağı dərini qurutduğu üçün quru dəri tipinə sahib olanlara tövsiyə edilmir.
NECƏ FAYDALANMALI?
Ballı nanənin şəfalı xüsusiyyətlərindən yararlana bilmək üçün onun çayını içə bilərsiniz. Bunun üçün 1 çay qaşığı qurudulmuş ballı nanəni stəkana töküb üzərinə qaynar su əlavə edib 10 dəqiqə gözləmək lazımdır. Ballı nanə çayını gündə 4 dəfə içə bilərsiniz.
Ballı nanəni mətbəxdə də istifadə edə bilərsiniz. Dünyanın ən məşhur aşpazları yeməklərə xüsusi tam vermək üçün bu bitkidən istifadə edirlər. Siz də ballı nanəni balıq yeməklərinə, salatlara, meyvə salatlarına və toyuq xörəklərinə əlavə edə bilərsiniz.
Qeyd edək ki, zoba qarşı dərmanlardan istifadə edənlərin ballı nanədən yararlanmaları təhlükəli ola bilər. Bu bitkidən istifadə etmədən öncə hər ehtimala qarşı həkiminizlə məsləhətləşin.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?