Feyxoanın faydaları və ziyanı
- Admin
- 08-apr-2024, 14:54
- 2 Baxış
Feyxoa subtropik bitkidir. Əsasən Aralıq dənizi ölkələrində, Qafqazda və Krımda yetişdirilir.
Feyxoanın tərkibində çoxsaylı faydalı maddələr var. Bu meyvə müxtəlif sahələrdə istifadə edilir. Feyxoa müxtəlif xəstəliklərin qarşısını aldığı üçün tibb sahəsində də istifadə edilir.
Həkimlər aşağıdakı xəstəliklər zamanı feyxoadan istifadə etməyi məsləhət görür:
Mədə-bağırsaq prosesinin iltihabı və pozulması;
ateroskleroz;
Yüksək arteriya təzyiqi;
Soyuqdəymə, qrip;
Ürək-damar sistemi xəstəlikləri;
Damaq hemofiliyası, karies və diş ağrısı;
Yaranı və mədə xorasını sağaldır;
Dəri xəstəlikləri;
Bronxları müalicə edir;
İshal vaxtı kömək edir;
Feyxoadan kosmetologiyada istifadə edilir;
Feyxoanın tərkibində dəri gözəlliyi və sağlamlığı üçün lazım olan bütün komponentlər var. Bu meyvənin tərkibində olan antioksidantlar dərini cavanlaşdırır və təravətləndirir. Eyni zamanda, dəri iltihabına qarşı da istifadə edilir.
Feyxoanın ziyanı
Feyxoa bir çox sahədə istifadə edilsə də, bəzi hallarda bu meyvə təhlükəli ola bilər:
Tireotoksikoz xəstələrinə qəti surətdə qadağan edilib;
Şəkər xəstələri və piylənmədən əziyyət çəkənlərə feyxoa yemək olmaz. Çünki bu meyvənin tərkibində külli miqdarda şəkər var;
Körpələrə feyxoa verməmək məsləhət görülür. Çünki allergiyaya səbəb ola bilər;
Gündə 2-3 ədəddən artıq yemək olmaz. Çünki unutqanlıq, əsəbilik, iş qabiliyyətinin aşağı düşməsi, bədən tempraturunun artmasına səbəb ola bilər;
Feyxoa yeyib üstündən süd içsəniz ishal ola bilərsiniz.