Sağlamlıq

Uşaqların zehni inkişafı üçün faydalı qidalar

  • Admin
  • 08-apr-2024, 15:03
  • 1 Baxış



 Uşaqlarınızın yaxşı yaddaş və güclü zehnə sahib olmağını istəyirsinizsə bu yazını diqqətlə oxuyun. Bu məsələdə övladınıza kömək edə bilərsiniz. Belə ki, onun qida rasionuna aşağıda adını sadaladığımız qidaları daxil edin. Həmin qidalar həm uşağın sağlamlığı, həm də zehninin inkişafı üçün vacibdir.
1.Süd və qatıq zehni fəaliyyətin inkişafına müsbət təsir edir. Diqqəti artırır.
2.Yumurta D vitamini ilə zəngindir, bu qida hüceyrələrin öz-özünü yeniləməsini təmin edir. Beynin fəaliyyətini gücləndirir. Yaddaşa da yaxşı təsir edir.
3.Qırmızı ət dəmirlə zəngindir. Uşaqlarda zəka səviyyəsini yüksəldir.
4.Üzüm suyu yaddaşı qüvvətləndirir. Yorğunluğu aradan qaldırı və zehni açır.
5.Balıq zehni fəaliyyəti artırır, beyni gücləndirir. Yaddaş üçün əvəzolunmaz qidadır.
6.Fındıq, qoz, badam tərkibindəki E vitamini sayəsində uşağın dərsləri daha yaxşı başa düşməsinə, diqqətli olmasına kömək edir.
7.Banan sodium, potasium, maqnezium kimi minerallarla zəngin olduğu üçün əzələlərin yaxşı işləməsinə, ürək ritminin yaxşılaşmasına və beynə daha çox oksigen getməsinə səbəb olur. Bu da öz növbəsində beyni gücləndirir. Uşaq gündə bir ədəd banan yməlidir.
8.Yaşıl yarpaqlı bitkilər - ispanaq, kələm kimi qidalar tərkiblərində olan fol turşuları sayəsində beyin hüceyrələrinin inkişafına kömək edir.
 



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?