Türkiyəli həkim xərçəngin dərmanını tapıb? - ARAŞDIRMA
- Admin
- 09-apr-2024, 18:53
- 1 Baxış
Türkiyənin Manisa şəhərində həkimlər naringi qabığından xərçəng əleyhinə dərman hazırlayıblar.
Məlumata görə, həkim Özləm Tokuşoğlu və tələbələri 2 illik araşdırmalar nəticəsində naringi qabığından suda həll olan sağlamlığa faydalı dərman hazırlayıblar.
Naringi qabığındakı antioksidant flavanonların xolestrolu aşağı saldığı və qan şəkərini tarazlaşdırdığını deyən həkim Tokuşoğlu, həmçinin onun digər faydalarından da bəhs edib:
"Naringi qabığı müəyyən xərçəng növləri və şişlərin əmələ gəlməsinin qarşısını alır, qaraciyəri təmizləyir, sinir sistemi və həzm sistemi üçün faydalıdır, mədə xorasının yaranmasının qarşısını alır, maddələr mübadiləsini sürətləndirir”.
Həkim Özləm Tokuşoğlu hazırladıqları dərmanı patentləşdirdiklərini və Qida Kənd Təsərrüfatı və Heyvandarlıq nazirliyindən gələcək qərarın ardından sağlamlığa faydalı qida olaraq marketlərdə satılacağını deyib.