Bu maddə xərçəng şişlərini 100 dəfə artırır -ARAŞDIRMA
- Admin
- 09-apr-2024, 19:02
- 2 Baxış
Kaliforniya Universiteti (ABŞ) alimləri araşdırma nəticəsində aşkar ediblər ki, xolesterin insan orqanizmində xərçəng şişlərinin böyüməsinə təsir edir.
Aztəhsil.com xəbər verir ki, arşdırmanın nəticələri Cell Stem Cell jurnalında dərc olunub.
Alimlər siçanlar üzərində aparılmış eksperimentlər zamanı aşkar ediblər ki, xolesterinin səviyyəsinin artması bağırsaqda xərçəng şişinin böyüməsini 100 dəfə sürətləndirir.
Alimlərin fikrinə görə, bu kəşf yoğun bağırsaq xərçənginin müalicəsində kömək edəcək.
Lakin alimlər qeyd edir ki, xolesterindən tam imtina etmək düzgün deyil. Xolesterin orqanizm üçün həyati vacibdir. Xolesterin D vitamini, hormonların sintezində iştirak edir, hüceyrələrin membranlarına daxildir, həzmə kömək edir.
Alimlər qidalanmada "pis" xolesterinin səviyyəsini azaltmağa, "yaxşı" xolesterinin səviyyəsini isə əksinə artırmağa çağırır. Bunun üçün qidalanmada qırmızı və emal olunmuş ətin (kolbasa, sosis və s.) miqdarını azaltmaq, balıq və dəniz məhsulları, meyvə-tərəvəz, yarmalar, qoz-fındıq, paxlalar, zeytun yağı kimi məhsulların miqdarını artırmaq lazımdır.