Ən çox hansı xəstəlik yayılıb? - Açıqlama
- Admin
- 09-apr-2024, 19:18
- 2 Baxış
Qış mövsümü ilə əlaqədar soyuqdəymə, xüsusilə virusların törətdiyi xəstəliklərin sayı artıb.
Aztəhsil.com xəbər verir ki, bu K.Fəracov adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda xəstələnən uşaqlardan götürülən müayinələrdə xəstəliyin törədicilərinin müxtəlif viruslar olduğu müəyyən edilib. "Bunlar rotaviruslar, adena viruslar, paraqraf və digərləridir. Konkret olaraq hər hansı virusun törətdiyi xəstəlik yoxdur".
N. Quliyev bildirib ki, hazırda uşaqların xəstələnmə göstəriciləri arasında ilk yeri tənəffüs üzvlərinin xəstəliyi tutur. Əsasən yeni doğulmuş uşaqlarda tənəffüs üzvlərinin xəstəliyi müşahidə olunur. İkinci yerdə perinatal dövrdə rast gəlinən xəstəliklərdir. Bundan sonra infeksion xəstəliklər gəlir".
N.Quliyev bildirib ki, ölkədə keysəriyyə əməliyyatı ilə doğuşlar azalsa və ana südü ilə körpələrin qidalanması aparılsa, uşaq ölümlərinin sayı 3 dəfəyə qədər azala bilər.
O, həmçinin son dövrlər ölkədə süni mayalanma hesabına əkiz və üçəmlərin sayının artdığını qeyd edib.