Sağlamlıq

Kitab oxumağın bilinməyən faydası - alzheimerdən qoruyur

  • Admin
  • 12-apr-2024, 20:49
  • 0 Baxış




Kitab oxumaq alzheimeri ləngidir. Aparılan araşdırmalara görə, kitab oxumaq, yazmaq və digər zehni fəaliyyətlə məşğul olmaq 21-ci ərsin bəlası olan alzheimeri ləngidir.  


 


Türkiyəli ekspert Esra Mıhçıoğlu qeyd edib ki, beyni məşğul edən işlərlə məşğul olmaq alzheimer xəstəliyinin inkişafını ləngidir. 


 


Xüsusilə, yuxarı yaş qrupuna aid olan insanlarda zehni işlə məşğul olmaq yaddaşda geriləməni 32 faiz azaldır. 65 yaşdan yuxarı olan 100 nəfərdən 8-də alzheimer xəstəliyinə rast gəlinir.  


 


Son günlərdə insanlar yaxın zamanları xatırlamaqda çətinlik çəkirlər. Yaddaş pozulmaları ilə müşahidə edilən alzheimer xəstələri ola bilər ki, 30-40 yaşlarında olan hadisələri bütün detalları ilə yadda saxlasınlar. Bu cür xəstələr yaxın keçmişi xatırlamırlar. Hələlik tibb alzheimer xətəliyinə konkret bir çarə tapmayıb. Görülən tədbirlər sadəcə xəstəliyin inkişaf sürətini zəiflədir. 


 


Kitab oxumağın, ümumilikdə beyni xəbərdaredici fəaliyyətlərlə məşğul olmağın parkinson, alzheimer kimi xəstəliklərə xüsusi faydası var. Oxumaq qocalıqda zehni geriləməni ləngidir. Həyatı boyu zehni xəbərdaredici fəaliyyətlərlə məşğul olanlar, bunlarla məşğul olmayanlara nisbətən yaddaş və digər bənzər zehni xəstəliklərə daha az tutulurlar.   




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?