Qaz doldurulmuş şarlar - Uşaqları uzaq tutun...
- Admin
- 12-apr-2024, 21:42
- 1 Baxış
Uşaq şənliklərində istifadə olunan, içərisinə helium qazı doldurulmuş şarlar təhlükə mənbəyi hesab edilir.
Həkimlərin fikrincə, helium qazı uşaqların tənəffüz yollarına daxil olarsa, bədəndəki oksigen miqdarını aşağı salır. Bu isə ölümə səbəb ola bilər. Helium havadan daha yüngül olduğu üçün bədənimizə daha tez daxil olur və oksigenin yerini tutur. Bu da 5 yaşdan aşağı olan uşaqlarda ciddi fəsadlar yaradır.
Aztəhsil.com xəbər verir ki, Kimya elmləri doktoru Əi Yaqubov açıqlamasında bildirib ki, bu qaz havada olursa, onun heç bir təhlükəsi yoxdur:
"Helium təsirsiz qazdır. Onun heç bir fəsadı yoxdur. Amma uşaq hava əvəzinə bu qaz mühitində olarsa, fəsadlar yarana bilər. Helium resksiyaya daxil olmadığı üçün partlayış törətmir.
Qapalı bir məkanda helium şarının partlaması ciddi fəsad yarada bilər?
Bu, şarın içində olan heliumun miqdarından asılı olan bir məsələdir. Qapalı bir məkanda şarın partlaması havada həcm nisbəti yarada bilər. Həmin vaxt uşaqlarda təngnəfəslik yarana bilər. Bu, qazın miqdarından asılı olan məsələdir”.