Sağlamlıq

Uşaqların boy və çəkisi -BUNLAR...

  • Admin
  • 13-apr-2024, 09:54
  • 0 Baxış



Fiziki inkişaf müəyyən göstəricilərlə səciyyələnir. Uşağın sağlamlığını səciyyələndirən göstəricilərdən biri onun boy və çəkisinin hər konkret yaş üçün səciyyəvi olan fiziki inkişafın normalarına uyğun gəlməsidir.


Bəzi səhlənkar valideynlər uşağın çəkisindəki dəyişikliklərə (artıq çəki, arıqlıq) əhəmiyyət vermir və ya "böyüdükcə hər şey qaydasına düşəcək” deyə özlərinə təskinlik verirlər. Bu cür analar bilməlidirlər ki, uşağın boy artımı bədən çəkisinin uyğun artımı ilə müşayiət olunmalıdır. Əgər uşağın çəkisi onun boyuna uyğun gəlmirsə, bunun səbəbi araşdırılmalı, lazım gələrsə mütəxəssisə müraciət olunmalıdır. Uşaqlıq dövrünün səciyyəvi xüsusiyyətlərindən biri – boy və inkişafın sürətli getməsidir.

 

Bu sahənin mütəxəssisləri valideynlərə bədən çəkisi ilə boyun bütün "böyümə dövründə”, xüsusən də, üç yaşından səkkiz yaşına kimi, diqqətlə izləməyi, uşağın çəkisinin az və ya həddən çox olmasına yol verməməyi məsləhət görürlər. Uşaqların boyuna irsi amillərlə yanaşı iqlim, qidalanma, ətraf mühit və xüsusən də günəş şüaları da təsir göstərir.


Nəzərə almaq lazımdır ki, yaşın boy göstəriciləri mütləq deyildir.

 

Müxtəlif ölkələrdə uşaqlar müxtəlif cür böyüyürlər: bir ölkədə hündür sayılan boy, başqa bir ölkədə normal hesab edilə bilər.




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?