Sağlamlıq

Sağlamlığınızın yerində olmadığını göstərən 6 İŞARƏ

  • Admin
  • 13-apr-2024, 10:19
  • 0 Baxış



Sağlam qidalanmadığınız zaman bədəniniz sizə bir çox siqnallar göndərir. Bu siqnalları almamaq və həkimə getməmək ciddi sağlamlıq problemlərinizin yaranmasına səbəb ola bilər.


Aztəhsil.com həkimə getməyinizə işarə verən səbəbləri təqdim edir:


1 – Şişən ayaqlar


Ayaqların şişməsi adətən böyrəklərdən qaynaqlanır. Ancaq bu, tiroit məsələsi də ola bilər. Hətta ürəyiniz və böyrəklərinizlə bağlı daha ciddi probleminiz ola bilər.

 

2 – Uzun barmaq


Barmaqlarınızın uzunluğu sizə sağlamlığınız haqqında məlumat verə bilər. Araşdırmalara görə, üzüyün taxıldığı barmaq işarət barmağından böyük olan insanlarda kirəcləşmə ola bilər.


3 – Qırışıqlıqlar


Gözəllik dərin mövzudur. Bədəninizdən kənara çıxan şey əslində içəridən çıxanların göstəricisi ola bilər. əksər vaxtlar qırışlıq yaşlanmanın göstəricisi ola bilər, ancaq aparılan araşdırmalara görə, qırışıqlığın bir səbəbi də yüksək təzyiqdir.


4 – Pis qoxulu nəfəs


Xroniki ağız qoxusu diş əti iltihabının göstəricisi ola bilər. Bunu müalicə etməsəniz diş əti iltihabı diş əti xəstəliyinə keçə bilər. bu da dişlərin düşməsinə səbəb olur. Ağız təmizliyinizi nəzarət altında saxlamaq üçün dişlərinizi fırçalayın və diş sapından istifadə edin.


5 – Tünd rəngli sidik ifrazı


Tünd rəngli sidik ifrazı və ya sidikdə qanın görülməsi böyrəklərinizdə və ya qaraciyərinizdə problemin olduğunu göstərir.


6 – Qara nəcis


Əgər nəcisiniz qara rəngdədirsə, mədənizdəki problemlərdən dolayı daxili qanamanız ola bilər. Həkimə müraciət etməyinizdə fayda var.




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?