Siqaret çəkənlər üçün xüsusi qidalar - Ölümdən belə qaçın
- Admin
- 13-apr-2024, 10:27
- 0 Baxış
Siqaret tüstüsündə 4 minə qədər kimyəvi maddənin olduğu müəyyənləşdirilib. Təbii ki, bu maddələrin əksəri insan səhhəti üçün təhlükəlidir. Amma ən zərərlisi nikotindir. Nikotin sakitləşdirci bir vasitə deyil, əskinə orqanizmi yoran və ziyan verən bir maddədir.
Nikotinin fəsadları uzun illərdir ki, istifadəçilərdə müxtəlif xəstəliklərlə özünü göstərib. Aludəçilər bir müddət siqaret çəkmədikdə əl və ayaqlarına qan az getməyə başlayır və həmin orqanlarda temperatur aşağı düşür. Yalnız siqaret çəkdikdən 15-20 dəqiqə sonra temperatur normal vəziyyətə qayıdır.
Siqaret çəkənlərin bədənində yığılan nikotinin təsiri illərlə davam edə bilər. Bəs siqaretin mərəzlərindən nisbətən də olsa, yaxa qurtarmaq üçün nə etməliyik? Hansı qidalar bizə kömək edə bilər?
Gicitkən - tərkibində bol miqdarda dəmir var və dezinfeksiyaedici xüsusiyyətə malikdir. Gicitkən otu sayəsində bədəninizdə yığılan nikotindən xilas ola bilərsiniz.
Kök şirəsi - Çəkdiyiniz hər siqaretdəki nikotinin bədəninizdə 3 gün qaldığını unutmayın. Dəriyə zərər verən nikotinin bu təsirinə qarşı kök şirəsi içə bilərsiniz. Vitaminlər baxımından zəngin olan kök şirəsi dərinin özünü yeniləməsini və nikotindən təmizlənməsini təmin edir.
Kivi – vitaminlə zəngindir və nikotini bədəndən atmağınızı təmin edir.
Su - bədəndəki zəhərli maddələrin atılması üçün çox əhəmiyyətlidir. Susuz qalsanız, hüceyrələriniz yenilənməz və nikotinin mənfi təsirləri çoxalar.