Əlavə

BŞTİ – problemlər və ümidlər

  • Redaktor
  • 26-fev-2024, 18:02
  • 14 Baxış

 

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 31 mart tarixli 1399 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri təhsil şöbələri ləğv edilərək Sərəncamın icrası məqsədilə Nazirlər Kabineti tərəfindən 28 iyul 2006-ci il tarixində qərar qəbul edilmişdir. Qərara əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) yaradılmışdır.
BŞTİ-nin tabeliyində 318 ümumi təhsil müəssisəsi, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmçinin İdarənin tabeliyində xidmət və əməliyyat mərkəzləri və Təlimə Dəstək Mərkəzi fəaliyyət göstərir.( https://baku.edu.gov.az/az/page/229 )
Nəzərə alsaq ki, ölkədə dövlət ümumi təhsil məktəblərində təhsil alan hər 5 şagirdən biri ( cəmi-1 704 868 şagird ), işləyən hər 3 müəllimdən biri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe olan məktəblərin payına düşür, onda bu təhsili yerli idarəetmə orqanının ölkənin təhsil həyatında rolu və mövqeyi hamıya açıq aydındır.
2006-cı ildə Bakı şəhərində yerləşən 11 rayonun Rayon Təhsil Şöbələrinin ləğv edilərək, onların tabeliyində olan təhsil müəssələrinin BŞTİ-nin tərkibinə verilməsi gözlənilən nəticələrlə bağlı ümidləri doğrultmadı.Ən böyük problem isə belə qiqant idarəyə rəhbərliklə bağlı problemlər, nəzarət mexanizmi problemlərlə daim müşahidə olundu.(2013-1015-ci illər istisna olmaqla).
Son illərdə BŞTİ-nin tabe olduğu məktəblərdə baş verən neqativ halların çoxalması, az qala kütləvi hal olması yekun olaraq idarənin rəhbərliyində yeni dəyişikliyə və bu vəzifənin 2016-ci ildən Elm və Təhsil Nazirliyində fünksional vəzifələrdə çalışan, çalışdığı vəzəfələrdə özünü doğrultmuş, Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyinin müdir müavini Nərminə Hüseynovaya həvalə edilməsi, bir çox ciddi problemlərin aradan qaldırılmasına ümid yaradır.
İlk növbədə Bakı şəhəri üzrə Təhsil İdfarəsinin xüsusi statusunun ləğv edilməsi , ölkənin təhsil infrastrukturuna uyğunlaşdırılması pioretet olmalıdır.
Belə ki, Bakı şəhəri ərazisində yerləşən müxtəlif dövlət qrumları 4 regional idarəyə bölündüyü kimi, BŞTİ-nin də 4 regional idarəyə bölünməsi ( hər regional idarədə 3 rayon olmaqla) daha doğru addım olardı. Təhsil müəssələrinin fəaliyyətinə operativ nəzarət mexanizminin yaradılmana imkan yaranmış olardı.
İdarəetmədə heç bir təcrübəsi olmayan şəxlərin məktəb direktoru vəzifəsinə gətirilməsinin qarşısı alınmalı, məktəb direktorlarının DİQ müsabiqəsində uğur qazanan təcrübəli direktor müavinləri arasından seçilərək təyin olunması pioritet olmalıdır. Son illərdə danışdığımız təcrübəsiz, işinin öhdəsindən gələ bnilməyən məktəb direktorlarının vakansiya olan məktəblərə direktor müavini vəzifəsinə müvəqqəti əmək müqaviləsi ilə təyinatı həyata keçirilməli, onarın fəaliyyəti nəzarətə götürülməli, özlərini doğruldacağı tədqirdə 2-3 ildən sonra yenidən məktəb direktoru vəzifəsinə təyinatı məsələsinə baxılması nəzərdə tutulmalıdır.
Rəhbər işçilərin rezerv bankı yaradılmalıdır. Məktəbləri heç bir halda müavinsiz saxlamaq olmaz. Təcrübə və araşdırmalar göstərir ki, neqativ halların, hadisələrin ən çox baş verdiyi məktəblər , aylarla, bəzən illərlə müavinləri olmayan məktəblərdir.
Məktəbin tərbiyə sistemini çiyinlərdə daşıyan məktəbdənxaric və sinifdənkənar təşkilatçılara, məktəb psixoloqlarına, UBTR-lərə az qala labarant və ya texniki işçi səviyyəsində yanışılmasına son qoyulmalıdır, onların əmək haqqının artırılması, təşkilatçıların müavin statusuna qaldırılması , UBTR-lərin konkret vəzifə funksiyalarınınn müəyyən olunması ilə bağlı məsələlərinə qısa bir zamanda aydınlıq gətirilməlidir.
Göründüyü kimi BŞTİ-nin özü boyda problemləri, onlardan qurtarmaq isə daha asan və qısadır yetər ki, bu idarədə islahatlara başlayaq.
BŞTİ-nin rəhbərliyinin həvalə olunduğu Nərminə xanımın vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə, yaranmış problemlərin həlli istiqamətində təhsil mütəxəssisləri ilə müzakirələrə açıq olacağına ümid edirəm. Nərminə xanımın əzmkarlığı, karyera yolu ümid verir ki, tezliklə BŞTİ-yə tabe olan məktəblərdə nizam -intizam möhkəmlənəcək, neqativ hallar minumuma enəcək. Yeni məsul vəzifədə Nərminə Hüseynovaya və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarına uğurlar arzulayıram.


Elşən Qafarov .
Təhsil üzrə ekspert, “Təhsil Ekspertləri Mərkəzi”nin üzvü

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?