Əlavə

Təhsil Ekspertləri Mərkəzinin üzvləri sabiq təhsil naziri Misir Mərdanovla görüşüb

  • Redaktor
  • 26-fev-2024, 18:03
  • 16 Baxış

  

Təhsil Ekspertləri Mərkəzinin təsisçiləri Elm və Təhsil Nazirliyinin tabeliyində Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovla görüşüb.

Mərkəzdən Mektebgushesi.az -a verilən məlumata görə, görüş zamanı təhsildə mövcud olan problemlər, onların yaranma və həlli yolları, eləcə də Təhsil Ekspertləri Mərkəzinin prioritet hesab etdiyi mövzular müzakirə olunub.
Akademik Misir Mərdanov təhsilimiz üçün belə bir mərkəzin yaradılmasını yüksək qiymətləndirib və təsisçilərə uğurlar arzulayıb.

Görüşdə milli ideya və dəyərlərin inkişaf etdirilməsi, həmçinin qorunmasında təhsil amili, məktəb mühitinin çox önəmli faktor olması vurğulanıb.

Təhsilə olan yanaşmalarda milli şüur və dövlətçilik prinsiplərinin prioritet hədəf kimi götürülməsi, təhsilin milli ideoloji təhlükəsizlikdə xüsusi rolu sabiq nazir və Təhsil Ekspertləri Mərkəzinin üzvləri tərəfindən xüsusi qabardılıb.

Görüşün sonunda xatirə şəkili çəkilib.

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?